İçərişəhərdə sərgi - “Avropa”

İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında rəssam Xanlar Məmmədovun əsərlərindən ibarət “Avropa” adlı rəsm sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatının birgə təşəbbüsü ilə reallaşıb.

İçərişəhərdə yerləşən "Art Tover" rəsm qalereyasında rəssam Xanlar Məmmədovun əsərlərindən ibarət "Avropa" adlı rəsm sərgisi açılıb.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Arts Council Azerbaijan" təşkilatının birgə təşəbbüsü ilə reallaşıb.

Sərgidə tanınmış fırça ustasının 50-dən çox sənət əsəri nümayiş edilir. Ekspozisiyada yer alan rəsmlər rəssamın Avropaya səyahəti zamanı yaratdığı rəsmlərdir. Ziyarət etmək istəyənlər martın 3-dək qeyd edilən məkana üz tuta bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31