Amasya Universitetində Xocalı şəhidləri anılıb

Türkiyə Cümhuriyyətinin Amasiya Universitetində Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib. Bu barədə məlumatı “OLAYLAR”-a "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu verib. Tədbirdə əvvəlcə faciə qurbanlarınəın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı faciəsindən bəhs edən film nümayiş olunub. Çıxış edənlər 1992-ci ilin fevralın 26-da ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımdan bəhs edib, insanlıq əleyhinə yönəlmiş bu cinayətin iştirakçılarının tezliklə cəzalandırılmasını tələb ediblər.

Türkiyə Cümhuriyyətinin Amasiya Universitetində Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib. Bu barədə məlumatı "OLAYLAR"-a "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu verib. Tədbirdə əvvəlcə faciə qurbanlarınəın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı faciəsindən bəhs edən film nümayiş olunub. Çıxış edənlər 1992-ci ilin fevralın 26-da ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımdan bəhs edib, insanlıq əleyhinə yönəlmiş bu cinayətin iştirakçılarının tezliklə cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, tədbirdə Azərbaycandan "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədr müavini Dilbər Sultanova, Birliyin Qadınlar Şurasının sədri Ayna Allahyarqızi, Birliyin Gəncə Regional Departamentinin rəhbəri, Xocalı rayon Səhiyyə şöbəsinin müdiri Aqil Məmmədov da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31