Şəhid Şahlar Nəzərova həsr edilmiş kitab işıq üzü görüb

Yardımlı rayon Peştəsər kənd ümumi orta məktəbin müəllimi tanınmış ədəbiyyatşünas-filosof, fəlsəfə doktoru Sabir Bəşirov şəhid Şahlar Nəzərova həsr edilmiş kitab çap edib. “Olaylar” xəbər verir ki, kitabda Vətənimizin bütövlüyünün qorunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş baş leytenant Şahlar Nəzərovun keçdiyi ömür yolundan bəhs olunur.

Yardımlı rayon Peştəsər kənd ümumi orta məktəbin müəllimi tanınmış ədəbiyyatşünas-filosof, fəlsəfə doktoru Sabir Bəşirov şəhid Şahlar Nəzərova həsr edilmiş kitab çap edib. "Olaylar" xəbər verir ki, kitabda Vətənimizin bütövlüyünün qorunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş baş leytenant Şahlar Nəzərovun keçdiyi ömür yolundan bəhs olunur.
Qeyd edək ki, Şahlar Nəzərov 1990-cı ildə aprelin 25-də Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. 2005-ci ildə Peştəsər kənd məktəbinin IX sinfini bitirib. 2005-2008-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseydə , 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2012-2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində qoşun kəşfiyyatı taqımı komandirləri üçün kurs keçib. Ş.Nəzərov 2013-cü ildən kəşfiyyat bölüyünün komandiri kimi xidmət edib.2017-ci ildə fevralın 25-də erməni işğalçılarına qarşı döyüşdə qəhrəmancasına həlak olub. Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31