Ərdoğan: "Əsas məqsədimiz 3 milyon suriyalının öz torpaqlarına qayıtmasını təmin etməkdir”

“Suriya və İraqdakı qeyri-sabitlik nəticəsində 3 milyon miqranta ev sahibliyi etdik. Qısa müddətdə bu ölkələrdə sabitliyin yaranacağına ümid bəsləsək də, Suriyada qeyri-sabitlik artdı, Suriyadakı terrorun torpaqlarımıza çatdığını gördük”. 

"Suriya və İraqdakı qeyri-sabitlik nəticəsində 3 milyon miqranta ev sahibliyi etdik. Qısa müddətdə bu ölkələrdə sabitliyin yaranacağına ümid bəsləsək də, Suriyada qeyri-sabitlik artdı, Suriyadakı terrorun torpaqlarımıza çatdığını gördük".  Məlumata görə, bu sözləri Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, "Fərat qalxanı" əmədiyyatı ilə 2 min kv.km ərazi İŞİD terrorçularından təmizlənib, 140 min suriyalı torpaqlarına qayıdıb: "İllərlə Türkiyəni terrorla sıxışdırmağa çalışanlara verdiyimiz bu reaksiya bizim yeni həmlələrimizin də önünü açıb. Suriyada Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün apardığımız "Zeytun budağı" əməliyyatı 35-ci günə qədəm qoyub. İndiyə qədər əməliyyat çərçivəsində 1873 terrorçu məhv edilib, 415 kv.km ərazi nəzarətə götürülüb. 1000 kənd terrorçulardan təmizlənib. Bizim əsas məqsədimiz nədir? Ölkəmizdə 3 milyon suriyalı var, əsas məqsədimiz bu insanların torpaqlarına qayıtmasını təmin etməkdir".

Türkiyə prezidenti qeyd edib ki, indiyə qədər Afrin bölgəsindəki əsas yküsəkliklər terrorçulardan azad edilib: "Ona görə də bundan sonra əməliyyat daha sürətlə gedəcək. Təbii ki, hava şəratinin qeyri-sabit olması amili də müəyyən rol oynaya bilər. İnşallah, ən qısa müddətdə Afrin şəhəri mühasirəyə alınacaq, terrorçulardan təmizlənəcək".  Apa.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31