Gündəm
Rusiyalı jurnalistin adı XİN-in "qara siyahı"sından çıxarılıb
Rusiya Federasiyası vətəndaşı, “Rodnik” qəzetinin jurnalisti Svetlana Sarıçeva Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Sekuta: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daim sadiq olub"
"ABŞ Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasını daim diqqətdə saxlayır. Biz tərəfləri bir araya gətirərək, həlli uzanmış bu məsələnin tez bir zamanda həlinə çalışırıq". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalanıb
Ukraynada mütəşəkkil cinayətkar dəstənin liderlərindən biri olan azərbaycanlı saxlanılıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mətbuat xidməti məlumat yayıb.
ABŞ səfiri: "Xocalı XX əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biridir"
"Xocalı XX əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biridir". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, tarixi öyrənmək vacib olduğu kimi, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün çalışmaqla yanaşı, parlaq gələcək üçün birgə işləmək lazımdır.
Olimpiadadakı təmsilçimiz danışdı: "Bir də gördüm ki..."
Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarının slalom yarışının uğursuzları mübarizəni dayandırdıqdan sonra çıxışlarını dəyərləndiriblər. Cəmi 25 saniyə mübarizə apararaq, yarışla vidalaşan Azərbaycan millisinin xizəkçisi Patrik Braxner də hansı səbəbdən finişə çata bilməməsini açıqlayıb.
Səlim Müslümov Yusif bin Əhməd əl-Useyminlə görüşüb
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən dördüncü konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb.
Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 23-də İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman ilə görüşüb.
Sürücülərlə bağlı yeni maddə
“Bu istiqamətdə Türkiyəyə problem yaratmayacağıq” – ABŞ rəsmisi
“Vaşinqtonun Ankara ilə münasibətləri həddən artıq güclüdür”. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert söyləyib.
İran da öz kriptovalyutasını yaradır
İranın dövlət bankı olan “Post Bank” özünün kriptovalyutasının yaradılmasına başlayıb. Bunu jurnalistlərə açıqlamasında İran Rabitə naziri Məhəmməd Cavad Azəri Çexrumi söyləyib.
Müsavatdan sonra, KXCP-də də gərginlik yaranıb TƏRS BAXIŞ
Son vaxtlar ənənəvi müxalifət cinahında baş verən istefalar, eləcə də sədr-müavin savaşları artmağa başlayıb. Belə ki, Müsavat partiyasında Tofiq Yaqublu məsələsinin ardınca, KXCP sıralarında da bənzər olay yaşanıb. Daha dəqiq desək, T.Yaqublunun başqan müavinliyi və divan üzvlüyündən çıxarılmasının səbəbi olaraq, onun AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Milli Şura”da təmsil olunmasıydı.
Siyasi şərhçi: “Hollandiyanın bu əməlini qınayırıq"
“Fevralın 22-də Niderland parlamentinin Nümayəndələr palatasının uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul etməsi ənənəvi türk düşmənliyindən qaynaqlanır. Yəni Avropanın bir çox ölkələri əslinə qalanda ermənilər üçün o qədər də yanmırlar. Sadəcə olaraq türkləri həzm edə bilmədiklərinə görə, bütövlükdə Türkiyə dövlətinin, eləcə də onunla yaxın dost, qardaş olan digər dövlətləri, o cümlədən Azərbaycanı həzm edə bilmədiklərinə görə, bu kimi məsələlərlə üstümüzə gəlirlər”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Pakistan Səudiyyə Ərəbistanına 1000 əsgər göndərir
Pakistan Səudiyyə Ərəbistanına 1000 nəfərlik əsgərdən ibarət hərbi kontingent göndərəcək. Pakistanın müdafiə naziri Hürrəm Dəsgir Xanın bəyanatında hərbçilərin Səudiyyə Ərəbistanına təlim məqsədilə göndərildiyi ifadə edilib.
Bakıda dəhşət - 1 yaşlı uşağın qarnından mil çıxarıldı
Bakıda fəaliyyət göstərən xəstəxanlardan birində ehtiyatsızlıq səbəbindən qarnına mil batmış 1 yaşlı uşaq əməliyyat olunub. Hadisə barədə tanınmış həkim uroloq-cərrah Fuad Hüseynov özünün feysbuk səhifəsində paylaşım edib.
Deputat: “"Hay"lar yenə hay-həşir salıblar”
Ötən gün erməni tərəfi cəbhə bölgəsində daha bir təxribata cəhd edib və təxribatın qarşısı alınıb. Düşmən tərəfi cavab atəşi ilə susdurulub.Atışma zamanı erməni əsgər, 1998-ci il təvəllüdlü Qriqor Eqoyan ölüb.














