Siyasi şərhçi: “Hollandiyanın bu əməlini qınayırıq"
“Fevralın 22-də Niderland parlamentinin Nümayəndələr palatasının uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul etməsi ənənəvi türk düşmənliyindən qaynaqlanır. Yəni Avropanın bir çox ölkələri əslinə qalanda ermənilər üçün o qədər də yanmırlar. Sadəcə olaraq türkləri həzm edə bilmədiklərinə görə, bütövlükdə Türkiyə dövlətinin, eləcə də onunla yaxın dost, qardaş olan digər dövlətləri, o cümlədən Azərbaycanı həzm edə bilmədiklərinə görə, bu kimi məsələlərlə üstümüzə gəlirlər”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
23 Fevral 2018 14:02 Siyasət"Fevralın 22-də Niderland parlamentinin Nümayəndələr palatasının uydurma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul etməsi ənənəvi türk düşmənliyindən qaynaqlanır. Yəni Avropanın bir çox ölkələri əslinə qalanda ermənilər üçün o qədər də yanmırlar. Sadəcə olaraq türkləri həzm edə bilmədiklərinə görə, bütövlükdə Türkiyə dövlətinin, eləcə də onunla yaxın dost, qardaş olan digər dövlətləri, o cümlədən Azərbaycanı həzm edə bilmədiklərinə görə, bu kimi məsələlərlə üstümüzə gəlirlər". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, qondarma "erməni soyqırımı" ilə bağlı sözügedən addımın atılması da oradan qaynaqlanır: "Hollandiya balaca bir dövlət olsa da iddiaları çox böyükdür və daim beynəlxalq platformalarda Türkiyəyə qarşı mövqeyini nümayiş etdirir. Bu məsələdə də sadəcə olaraq Türkiyəni küncə sıxmaq, gözümçıxdıya salmaq üçün belə bir addım atılıb. Hollandiya kimi bir dövlətin belə bir addım atması təbii ki, Türkiyənin ehtişamını, qüdrətini heç də azaltmayacaq. Əksinə Türkiyədə insanlar daha düzgün anlayacaqlar ki, bu avropalılar, xüsusən də hollandiyalılar əslinə qalanda demokratiya, insan haqları carçılığı edərkən nələrin arxasınca gedirmişlər. Biz də Azərbaycan vətəndaşları olaraq Hollandiyanın bu davranışını qəbuledilməz sayırıq. Ələbttə ki, Türkiyənin ayağına batan tikan elə bizim də ayağımıza batmış bir tikandır. Ona görə də Hollandiyanın bu əməlini qınayırıq.
Eyni zamanda vurğulamaq istərdim ki, Niderland parlamentinin məhz "Xocalı soyqırımı"nın növbəti ildönümü ərəfəsində belə bir addımı atması bir daha onların qərəzli yanaşmasından xəbər verir. Yəni bu adamlar, parlament əlbəttə ki, hər kəsin gözü önündə olmuş tarixi faktlarla sübut edilən görüntüləri göz önündə olan "Xocalı soyqırımı"nı tanıyacağına ermənilərin uydurduğu, yalandan dünyaya car çəkdiyi qondarma bir soyqırımı rəsmi şəkildə tanıyırlar. Bunun artıq başqa adı yoxdur. İkili standart və qərəz göz deşir". Sia.az