Pakistan Səudiyyə Ərəbistanına 1000 əsgər göndərir
Pakistan Səudiyyə Ərəbistanına 1000 nəfərlik əsgərdən ibarət hərbi kontingent göndərəcək. Pakistanın müdafiə naziri Hürrəm Dəsgir Xanın bəyanatında hərbçilərin Səudiyyə Ərəbistanına təlim məqsədilə göndərildiyi ifadə edilib.
23 Fevral 2018 14:00 DünyaPakistan Səudiyyə Ərəbistanına 1000 nəfərlik əsgərdən ibarət hərbi
kontingent göndərəcək. Pakistanın müdafiə naziri Hürrəm Dəsgir Xanın bəyanatında
hərbçilərin Səudiyyə Ərəbistanına təlim məqsədilə göndərildiyi ifadə edilib. Bəzi xarici KİV-lər bu hərbi birliyin Yəməndəki döyüşlərdə iştirak edəcəyini iddia ediblər. Mütəxəssislər bu mülahizələrin gerçək olmadığı fikrindədirlər.
Qeyd edək ki, 1982-ci ildə Pakistanla Səudiyyə Ərəbəstanı arasında hərbi saziş imzalanıb. Sazişin müddəalarına görə Pakistan Səudiyyə Ərəbistanına ölkədəki Müqəddəs Məkanları və ölkənin ərazi bütövlüyünü qorumaq üçün hərbi yardım göstərə bilər.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.