İstanbulda Xocalı abidəsi

Fevralın 26-da İstanbulun  Bağcılar bölgəsində Azərbaycan Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsini əks etdirən abidənin açılışı olacaq. Abidə İstanbul Bələdiyyəsi və Azərbaycan İstanbul Baş Konsulluğunun birgə işi nəticəsində hazırlanıb.

Fevralın 26-da İstanbulun  Bağcılar bölgəsində Azərbaycan Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsini əks etdirən abidənin açılışı olacaq. Abidə İstanbul Bələdiyyəsi və Azərbaycan İstanbul Baş Konsulluğunun birgə işi nəticəsində hazırlanıb. Açılışda İstanbul Bələdiyyə başçısı, Azərbaycanın İstanbul Baş Konsulu, yerli və Azərbaycandan gələn siyasətçilər, elm, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin  iştirakı gözlənilir.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31