Gündəm

İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirildi

23 Fevral 2018 15:42

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanasındadır (MKX). Müsavat Partiyasının mətbuat xidmətindən  verilən məlumata görə İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib.

Aralıq dənizində gərginlik: Türk kapitan... – Şok detallar

23 Fevral 2018 15:40

Təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinə məxsus 3-cü bölgəyə daxil olan İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması ilə Türkiyə Sahil Mühafizə Xidmətinin döyüş gəmisi arasındakı toqquşmanın qarşısı son anda alınıb.

Ərdoğandan sərt xəbərdarlıq: Başını fəda edən varsa...

23 Fevral 2018 15:39

Türkiyənin artıq vaxt qazanmaq üçün tətbiq edilən taktikalara qarnı toxdur. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Menbiçlə bağlı danışarkən deyib. “Terror qruplaşmasının yanında kimin olduğuna baxırıq.

Yeni formatlı metodiki vəsaitlər

23 Fevral 2018 15:39

Mədəniyyət müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və orada çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin dəstəklənməsində böyük əhəmiyyət kəsb edən metodiki vəsaitlərin hazırlanması Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas vəzifələrindəndir.

Ankarada “Bir millət – iki dövlət”

23 Fevral 2018 15:37

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Xarici Əlaqələr və Avropa Birliyi Koordinasiya Dairə Başqanlığının dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev və Mərkəzin şöbə müdiri Nurəddin Babazadə Ankara şəhərində işgüzar səfərdə olublar.

İranın müdafiə naziri: “Azərbaycanın bizim üçün xüsusi yeri var”

23 Fevral 2018 15:37

İran qonşu ölkələrlə çox yaxşı əlaqələr qurmaq niyyətindədir, lakin Azərbaycanın İranın xarici diplomatiyasında xüsusi yeri var. Bunu Azərbaycana iki günlük səfərinin yekunlarına dair İRNA-ya açıqlamasında İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmi bildirib.

Türkmən qadınlara maşın sürmək qadağan olundu

23 Fevral 2018 15:36

Türkmənistanda aidiyyəti qurumlar qadın sürücülərin vəsiqələrinin etibarlılıq müddətinin uzadılmasını dayandırıb. Bu barədə “Alternativnıye novosti Turkmenistana” nəşrinin saytı məlumat yayıb. Türkmənistanda sürücülük hüququ məhdud müddətə - 10 il müddətinə verilir.

Parlamentdə “quzu kababı" söhbəti

23 Fevral 2018 15:30

“Ölkədə mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışa çıxarıldığı və həmin məhsulların görüntüləri televiziyada yayımlanır.Televiziyada təhlükəli cəmdəkləri görən insanlar bundan qorxuya düşür, başqa ətləri də almaq istəmir”.

Deputat: “Benzinə qatqı qatılır”

23 Fevral 2018 15:29

"Azərbaycanda benzinin qiyməti Rusiya və Qazaxıstanla müqayisədə yüksəkdir". Modern.az-ın məlumatına görə, bu barədə deputat Əli Məsimli parlamentin plenar iclasında bildirib.

Ziyafət Əsgərovdan etiraz: "Bunu necə başa düşək”

23 Fevral 2018 15:27

“Bu anlaşılmazlıq həll edilməsə “Standartlaşdırma haqqında” qanunun layihəsinin tətbiqi şübhə altında olacaq”. “Olaylar”ın məlumatına görə, Milli Məclisdə “Standartlaşdırma haqqında” qanunun layihəsinin müzakirəsi zamanı parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. O qeyd edib ki, müzakirə edilən qanun layihəsində anlaşılmazlıq var: “Qanun 1.1.2-ci maddəsində əsas anlayış verilir.

Komitə sədri: “Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır”

23 Fevral 2018 15:26

“Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Milli Məclisdə vəkil söhbəti

23 Fevral 2018 15:25

Milli Məclisin fevralın 23-də keçirilən növbəti plenar iclasında millət vəkilləri müxtəlif məsəllərdən danışıblar. Əvvəlcə MM sədri Oqtay Əsədov Ağsaqallar Şurasının sədri, deputat Fəttah Heydərovu yubileyi münasibətilə parlament adından təbrik edib: “Cənab prezident Fəttah müəllimi "İstiqlal" ordeni ilə təltif etdi. Bununla da, onun əmək fəaliyyətinə ən yüksək səviyyədə qiymət verildi”.

Deputat bahalaşmaya etiraz etdi

23 Fevral 2018 15:20

“Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur”. “Olaylar”-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin b keçirilən iclasında deyib. F.Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir: “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur.

Hava meteohəssas insanlar üçün əlverişli olacaq

23 Fevral 2018 15:18

Ölkə ərazisində fevralın 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Özbəkistanda Beynəlxalq  Ana dili günü ilə bağlı keçirilən tədbirdə  Azərbaycan təmsil olunub

23 Fevral 2018 15:13

Banqladeşin Özbəkistandakı səfirliyi və YUNESKO-nun Özbəkistan təmsilçiliyinin təşkilatçılığı ilə “Beynəlxalq  Ana dili günü”nə həsr olunmuş  və Daşkənddə keçirilən beynəlxalq tədbirə Özbəkistandakı bütün xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri qoşulmuşdular.