Gündəm
Sumqayıtın icra başçısı 9-cu mikrorayona niyə getmişdi?
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi ilə tanış olub.
"Toppuş bacı" mədəsini kiçiltdi - Əməliyyatdan sonra ilk dəfə
Əməkdar artist, hər kəsin "Toppuş bacı" kimi tanıdığı Tünzalə Əliyeva ikinci dəfə mədəkiçiltmə əməliyyatı keçirib. Bu haqda dünən "5/5"-in aparcısı Zaur Kamal canlı yayımda məlumat verib.
Cərrah azərbaycanlı aktrisaya narkoz verib aldatdı - Əməliyyat masasında ... - VİDEO
Əməkdar artist Tünzalə Əliyeva ötən gün "5/5" verilişinin qonağı olub. Aparıcı Zaur Kamal bir həftə öncə ikinci dəfə mədəkiçiltmə əməliyyatı etdirən xanım aktrisa ilə bağlı maraqlı faktı açıqlayıb. Aparıcı canlı yayımda "Toppuş bacı"nın ilk dəfə mədəsini kiçiltmək istəyərkən həkimin əməliyyat masasında fikrini dəyişdiyini deyib: "3-4 il əvvəl Tünzalə xanım mədəkiçiltmə əməliyyatına gedir. Həkim mədəni açır, görürlər ki, bu iş onlarlıq deyil. Yenidən tikirlər, aldadırlar ki, mədəni kiçiltdik".
Tacı əlindən alınan erməni oğruya Lotu Qulinin qətli sifariş edildi
Türkiyə polisi qanuni oğru David Alxanaşvilinin qatilinin izinə düşüb. Dato Pankisskiy adı ilə tanınan qanuni oğru ötən ilin 22 dekabr tarixində İstanbulda öldürülüb. Məlum olub ki, qətli Ermənistan vətəndaşları törədib.
Həkimlər Bakıdan rayonlara ezam olunur
Səhiyyə nazirinin müavini Nigar Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin ezamiyyəti haqqında” sərəncam imzalayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sərəncama əsasən, Səhiyyə Nazirliyinin 30.01.2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə yüksəkixtisaslı mütəxəssislər regionlara ezam olunurlar.
Vüsalə: Arvadının nömrəsini qonşulara versəm, xoşuna gələr?
Tanınmış aparıcı Vüsalə Kərimovanın mobil nömrəsi icazəsiz olaraq yaşadığı binanın sakinləri ilə paylaşılıb. “Azərsu”nun Mahir adlı əməkdaşı su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət “Whatsapp” qrupu yaradıb.
İlk diplomat İbrahim Əbilovun doğum günüdür
Fevralın 23- də Azərbaycan Respublikasının ilk diplomatlarından biri olan İbrahim Əbilovun doğum günüdür. Ordubad şəhərində doğulan İbrahim Əbilov Məhəmməd Tağı Sidqinin Ordubaddakı "Əxtər" məktəbində oxumuş, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoymuşdur.
3 ədəd tut ağacını kəsdi - Sənədlər Baş Prokurorluqda
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Gəncə şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
Yollardakı gizli "terrorçu"lar - Bildiyimiz və ya bilib əhəmiyyət vermədiyimiz təhlükələr
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı rəsmi məlumatları nəzərdən keçirərkən həmişə səbəb olaraq göstərilən sürücülərin, piyadaların intizamsızlığı olur. Lakin yolda qəzalara səbəb olan xeyli sayda başqa amillər də var, özü də kifayət qədər ciddi.
“Əfv Sərəncamı Cümhuriyyət bayramı ərəfəsində veriləcək”
“Əfv Komissiyasına müraciətlər daxil olmaqda davam edir. Əgər Novruz bayramına qədər müraciətlərə baxılma prosesi başa çatdırılacaqsa, sərəncam Novruz bayramı ərəfəsində verilə bilər. Bütövlükdə müraciətlərə baxılması davam edəcəksə, əfv sərəncamı Cümhuriyyət bayramı ərəfəsində veriləcək. Təbii ki, əfv sərəncamının verilməsi Prezidentin səlahiyyətlərinə aid olan məsələdir”. Məlumata görə, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Fevralda Bakıda ən soyuq temperatur sonuncu dəfə 2012-ci ildə qeydə alınıb
Bakı şəhərində fevral ayı üçün ən soyuq temperatur 1954, 1969 və 2012-ci illərdə qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 1954-cü ildə fevralda havanın orta aylıq temperaturu mənfi 0.7 dərəcə olub ki, bu da iqlim normasından 5.6 dərəcə azdır: "1954-cü ildə fevral ayında uzun müddət gündüz temperatur müsbət 6 dərəcədən yuxarı qalxmayıb.
Ziya Bünyadovun qətlinin 21 illik sirri
Bu günlərdə mərhum akademik Ziya Bünyadovun qətlə yetirilməsindən 21 il keçir. 1997-ci il, fevralın 21-də xüsusi sifariş əsasında qətlə yetirilən Ziya Bünyadovun qətlinin arxasında bir sıra xarici dairələrin durduğu hələ akademikin düşmən gülləsinə tuş gəldiyi ilk günlərdən söylənilir, müxtəlif versiyalar səslənirdi. Ziya Bünyadovun qətlinin sifarişinin Tehrandan, Moskvadan, hətta İrəvandan belə verildiyi səslənən versiyalar sırasında idi. Və əslində hər üç versiya da kifayət qədər əsaslı idi, desək yanılmarıq.
11 yaşlı erməni Rəşid Behbudovun mahnısını oxudu
Rusiyanın məşhur "Səs uşaq" mahnı yarışmasında Rəşid Behbudovun mahnısı səsləndirilib. 11 yaşlı erməni Erik Arakelyan SSRİ xalq artistinin "Ах, eta devuşka" əsərini səsləndirib. Münsiflərən Valeri Meladze, Basta, Polina Qaqarina onun ifasını bəyənməyib.
BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin magistratura səviyyəsinə yeni ixtisaslaşmlar əlavə edilib. Bunlar əqli mülkiyyət hüququ, tibbi hüquq, əmək və sosial təminat hüququ, inzbati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, idman hüququ, turizm hüququ ixtisaslaşmalarıdır.
Hərbi elita Putinə qarşı: Suriyadan çıx!
ABŞ “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə zərbə endirməklə Moskvanı ağır vəziyyətə saldı. Bunu “Obozrevatel” saytına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.














