Gündəm

Könül Kərimova işıq pulu borcunu ödəmir - 172 manat

23 Fevral 2018 17:11

Müğənni Könül Kərimovanın 172 manat işıq pulu borcu var. Bu barədə aparıcı Zaur Kamal 5/5 verilişində deyib. O bildirib ki, müğənni kommunal borclarını ödəmir.

Daşkənddə metronu partlatmaq təhdidi

23 Fevral 2018 17:08

Özbəkistanın paytaxtı Daşkənddə bir şəxs məlumat xidmətinə zəng vuraraq metronu partlatmaqla təhdid edib. Məlumata görə, zəng edən şəxs adının Doniyor Xolikov olduğunu deyib və həyat yoldaşının 20 dəqiqə ərzində övladını gətirməyəcəyi təqdirdə metroda partlayış olacağını bildirib.

Bir gözlü, dörd qulaqlı pişik

23 Fevral 2018 17:07

Avstraliyanın Gelonq şəhərində yerlilər inanılmaz bir pişik tapıblar.  Məlumata görə, tapılan pişiyin 4 qulağı olub. Pişik artıq 10 həftəlik idi. Ona Frenki adını veriblər. Pişiyin deformasiyaya uğramış bir gözünü əməliyyat ediblər. 

Kardaşyanın bacısı bu şirkəti çökdürdü

23 Fevral 2018 17:05

Kim Kardaşyanın bacısı Kayli Cennerin ucbatından Snapçat sosial şəbəkəsinin səhmləri düşüb. Cenner Tvitter hesabında artıq kiminsə Snapçatla maraqlanmadığını yazıb. “İndi kimsə Snapçat açırmı? Yoxsa belə olan yeganə adam mənəm?” - deyə o bildirib.

Mağazalara qənim kəsilən şəxslər yaxalanıb

23 Fevral 2018 17:04

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Masallı RPŞ və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də Masallı rayonunun Xırmandalı kəndindəki mağazalardan birindən 150 manat pul oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini İsa Quliyev, Həsənli kənd sakinləri Fərhad Fərəcov və Xəlil İsmayılov saxlanılmışlar.

Avtomobil yolu keçən piyadanı vurub öldürdü

23 Fevral 2018 17:03

Sumqayıt şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 23-də saat 1 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Kənan Nəsirov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Məmməd Balayevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

23 Fevral 2018 17:02

Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, məlumatla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus “VAZ-21099” markalı avtomobilin gecə saat 3 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub.

“Zil” yolun kənarında dayanmış piyadanı vurub

23 Fevral 2018 17:01

Balakən rayonunun Katex kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 22-də saat 22 radələrində Balakən rayonunun Katex kəndində rayon sakini Şaban Cöngözov idarə etdiyi “Zil” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobillə yolun kənarında dayanmış həmyerlisi Fərhad Ömərovu vurmuş və piyada hadisə yerinə ölmüşdür. Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Beyləqanda abtomobil toqquşub: ölən və yaralanan var

23 Fevral 2018 16:58

Beyləqan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 22-də saat 22 radələrində Beyləqan şəhərinin ərazisində şəhər sakinləri Kənan Mirzəlinin idarə etdiyi “BMW” və Etibar Abdullayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Abdullayev və sərnişini Arif İmrəliyev hadisə yerində ölmüş, K.Mirzəli və 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Şəmkirdə qətl törədən şəxs tutulub

23 Fevral 2018 16:57

Şəmkirdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 21-də saat 23 radələrində Şəmkir şəhərinin ərazisində Ayvaz İsgəndərov şəhər sakini Arif Yusifovun idarə etdiyi “VAZ-2105” markalı avtomobilə sərnişin qismində oturub yaşadığı İrmaşlı kəndinə gedəcəyini bildirmişdir.

Regionlarda sənaye məhəllələrinin yaradılması məşğulluq probleminin həllinə təkan verir

23 Fevral 2018 16:54

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət regionların inkişafı ilə müşahidə olunmaqdadır. Xüsusən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası iqtisadiyyatın dayanıqlığını təmin etməklə yanaşı, bölgələrdə məşğulluq probleminin də həllinə təkan verib.

Qaxda güzəştli kreditlərdən istifadə etməklə aqropark yaradılır

23 Fevral 2018 16:52

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Qax rayonunda keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrinin maliyyələşdirilməsi, bağçılıq, tütünçülük, arıçılıq təsərrüfatlarının, bal emalı və qablaşdırılması, tütün emalı müəssisələrinin, quru tütün saxlanılması üçün anbarın yaradılması və otel tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Standartlaşdırma sahəsində normativ sənədlər hazırlanacaq

23 Fevral 2018 16:51

Milli Məclisin plenar iclasında “Standartlaşdırma haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, 6 fəsil, 27 maddədən ibarət qanun layihəsi standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Bürclərə görə kişilər hansı tip qadınları bəyənir?

23 Fevral 2018 16:48

Qoç ilk və ən yaxşı olmaq üçün yaşayır. O, həmişə yanında prestijini artıracaq və insanlar tərəfindən təqdir ediləcək birini istəyir. Həyat fəlsəfəsi “indi, bu dəqiqədir”. O, sizi kəşf etmək üçün çox gözləməyəcək. Qoç, özünü seçmək məcburiyyətində hiss etməz. Sadəcə hər şeyi istəyir, adətən alır da. 

Azərbaycanda "Whatsapp" vasitəsilə yayılan bu mesaja DİQQƏT - Virus ola bilər! 

23 Fevral 2018 16:45

Son bir neçə gündür "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə yayılan bir mesaj diqqətimizi çəkib. Xəstə bir uşağa yardım olunması üçün insanlara şəkil və səs qeydindən ibarət mesaj göndərilir. Mesajda deyilir ki, kiminsə maddi yardım etməsinə ehtiyac yoxdur. "Whatsapp" şirkətinin əməkdaşları uşağın ailəsi ilə müqavilə bağlayıb. Hər göndərilən mesaja görə onlara 20 sent yardım olunur. Daha çox şəxsə göndərilsə, uşağın müalicəsi üçün lazım olan 200 min dollar toplanıla bilər.