Gündəm
Tərtərdə 1 nəfər özünü öldürmək istəyib
Tərtər rayonunda bir nəfər dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Nəhəng torpedo Amerika sahillərini məhv edə bilər
Dünyanı qorxuya salan və beynəlxalq hərbi-siyasi çevrələrin müzakirə mövzusuna çevrilən Rusiyanın “Status-6” torpedosu haqqında bu ölkənin hərbi-sənaye kompleksi ilə yaxın olan mənbələr daha dəqiq məlumatlara malikdirlər.
Məktəbdə əxlaqsız video çəkənlərin adları... - Ekspert
Son bir ay ərzində paytaxt məktəblərində baş verən əxlaqsız olayların görüntülərinin yayılması ictimaiyyətdə narahatlıq yaradıb. Bir müddət öncə 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C. əxlaqsız video paylaşmışdı. Bu olaya hüquqi qiymət verilməsinə, R.C.-nın barəsində cinayət işinin qaldırılmasına və həbsinə, bu əxlaqsızlığın ictimaiyyət tərəfindən kəskin qınanmasına rəğmən, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin qız şagirdinin açıq-saçıq şəklini həmin məktəbin müəllimi yaydı.
Avropa Liqasının püşkü atıldı – Maraqlı matçlar
İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. “Qarabağ” klubunun Çempionlar Liqasındakı keçmiş rəqibi “Atletiko Madrid” Rusiyanın “Lokomotiv Moskva” komandası ilə düşüb. Püşkatmadan sonra ən çox maraqla gözlənilən oyun isə “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) qarşılaşmasıdır. Futbol mütəxəssisləri bu oyunun maraqlı keçəcəyini bildiriblər.
Ərdoğan: "Bu yay Suriyadakı terrorçular üçün çox "isti" olacaq"
"Bu yay Suriyadakı terrorçular üçün çox "isti" olacaq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Bakıda 24 mindən çox uşaq 1-ci sinfə qəbul olunub
"Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin övladları üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur. Məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər".
Məşhur müğənni Bakıya gəlir
Dünya şöhrətli müğənni Dua Lipa aprelin 29-da Bakıda konsert proqramı ilə çıxış edəcək. Məşhur sənətçi Bakıda keçiriləcək Formula-1 yarışları çərçivəsində Bakıya səfər edəcək və “Kristal Hall”da tamaşaçılar önünə çıxacaq.
Tillerson Baltik nazirlərini Vaşinqtona çağırdı
Litva, Latviya və Estoniya xarici işlər nazirləri martın 5-də ABŞ Dövlət katibi Reks Tillersonla görüşəcəklər. Bunu BNS agentliyinə açıqlamasında Litva Xarici İşlər Nazirliyinin mətbuat katibi Linas Linkyaviçyus söyləyib. Onun sözlərinə görə, görüş zamanı əsas müzakirə mövzusu regiondakı təhlükəsizlik məsələləri olacaq. Görüş Vaşinqtonda baş tutacaq.
“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, özünün “AppLab” inkişaf və inkubasiya proqramının məzunlarını və yeni iştirakçılarını bir araya gətirdi.
Buzovnada qeyri-qanuni dini ayin icra edən şəxslə bağlı iş məhkəməyə göndərilib
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində yerləşən “İmam Zeynalabdin” adı ilə fəaliyyət göstərən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.
Bayılda evlərindən çıxarılan ailələrə plastik kartlar verildi
Bakıda Bayıl yamacında baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyətə düşən mənzillərin sahiblərinə kirayə haqları üçün kartlar paylanılıb. Bu barədə sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından onlara plastik kartlar təqdim olunub. Kartlar Azərbaycan Beynəlxalq Bankından verilib: "Fevral ayının kirayə haqqını şəxsiyyət vəsiqəmizi təqdim etməklə aldıq. Mart ayından etibarən kirayə haqlarını plastik kartla alacağıq".
Evdən yoxa çıxan Tərlan tapıldı - Studiyada oğlunu görən ana hər kəsi kövrəltdi - VİDEO
Günlər öncə yoxa çıxan Musayev Tərlan Badamdarda hündür bir təpənin başında tapılıb. Körpə yaşlarından onu əziyyətlə saxlayan tənha anası ruhi xəstə olan 47 yaşlı Tərlana bu gün "Səni axtarıram"da qovuşub.
“Real”ın ən bahalı futbolçusuna ELÇİ ÇIXDI
Qaret Beyl mövsümün sonunda “Real Madrid”dən ayrılacaq. Klub Beyli satmaq niyyətindədir. 2013-cü ildə “Tottenhem”dən 101 milyon avroya transfer edilərək dövrünün ən bahalı futbolçusu olan Beyl son zamanlarda aldığı zədələr səbəbilə formasını itirib. Bununla o, da baş məşqçi Zinəddin Zidanın gözündən düşüb.
Qlobal internetin təmini üçün iki peyk buraxılıb
ABŞ-ın məşhur iş adamı İlon Maska məxsus özəl “SpaceX” şirkəti qlobal internetin təmini üçün iki peykin olduğu “Falcon 9” raketdaşıyıcısının uğurlu buraxılışını həyata keçirib. Bu barədə şirkətin “Twitter” səhifəsində deyilir.
Bakı-Quba yolunda dəhşətli qəza: "Tır" yolun ortasında partladı
Bakı-Quba yolunda dəhşətli qəza baş verib. Bakı-Quba yolunun 85-ci km-də, Zarat kəndi yaxınlığında partlayışla nəticələnən qəza baş verib. Hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, hərəkətdə olan yüklə dolu "Tır"qəzaya uğrayıb. Qəzadan sonra "Tır"da partlayış baş verib və yükdaşıyan avtomobil tamamilə yararsız vəziyyətə düşüb.














