“Real”ın ən bahalı futbolçusuna ELÇİ ÇIXDI
Qaret Beyl mövsümün sonunda “Real Madrid”dən ayrılacaq. Klub Beyli satmaq niyyətindədir. 2013-cü ildə “Tottenhem”dən 101 milyon avroya transfer edilərək dövrünün ən bahalı futbolçusu olan Beyl son zamanlarda aldığı zədələr səbəbilə formasını itirib. Bununla o, da baş məşqçi Zinəddin Zidanın gözündən düşüb.
23 Fevral 2018 17:18 İdmanQaret Beyl mövsümün sonunda "Real Madrid"dən ayrılacaq. Klub Beyli satmaq niyyətindədir. 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya transfer edilərək dövrünün ən bahalı futbolçusu olan Beyl son zamanlarda aldığı zədələr səbəbilə formasını itirib. Bununla o, da baş məşqçi Zinəddin Zidanın gözündən düşüb.
Məhz zədə səbəbinə görə "Real"da 78 matç buraxan ulduzla "Mançester Yunayted" maraqlanır. Publika.az "Marca"ya istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31