Avropa Liqasının püşkü atıldı – Maraqlı matçlar
İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. “Qarabağ” klubunun Çempionlar Liqasındakı keçmiş rəqibi “Atletiko Madrid” Rusiyanın “Lokomotiv Moskva” komandası ilə düşüb. Püşkatmadan sonra ən çox maraqla gözlənilən oyun isə “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) qarşılaşmasıdır. Futbol mütəxəssisləri bu oyunun maraqlı keçəcəyini bildiriblər.
23 Fevral 2018 17:39 İdmanİsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. "Qarabağ" klubunun Çempionlar Liqasındakı keçmiş rəqibi "Atletiko Madrid" Rusiyanın "Lokomotiv Moskva" komandası ilə düşüb. Püşkatmadan sonra ən çox maraqla gözlənilən oyun isə "Milan" (İtaliya) - "Arsenal" (İngiltərə) qarşılaşmasıdır. Futbol mütəxəssisləri bu oyunun maraqlı keçəcəyini bildiriblər.
Püşkatmanın digər nəticələri isə belədir:
"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)
"Latsio" (İtaliya) - "Dinamo" (Ukrayna)
MOİK (Rusiya) - "Lion" (Fransa)
"Marsel" (Fransa) - "Atletik Bilbao" (İspaniya)
"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Çexiya)
"Leypsiq" (Almaniya) - "Zenit" (Rusiya)
Axar.az