Gündəm

“Samsung Galaxy S10” smartfonu “5G” rabitə texnologiyasını dəstəkləyəcək

23 Fevral 2018 19:05

Cənubi Koreya nəhəngi yeni mobil rabitə texnologiyasının hazırlanması və sınaqdan keçirilməsi üzrə razılaşma imzalayıb.

Ölülərlə “söhbət etmək” mümkün olacaq

23 Fevral 2018 19:00

İsveç ixtiraçıları ölən insanların rəqəmsal surətlərini yaratmaq barədə düşünürlər. Gələcəkdə, ölən şəxsə birbaşa oxşayan robotlar yaratmaq planlaşdırılır. Hal-hazırda alimlər ölən yaxınlarının görünüşünün yenidən yaradılmasını qəbul edən könüllülər axtarırlar. 

Xəstənin başından dünyanın ən böyük şişini çıxartdılar

23 Fevral 2018 18:55

Hindistanda dünyanın ən böyük şişi 31 yaşlı Santlal Palın başından çıxarılıb.  Məlumata görə, tam 1,8 kilo ağırlığında olan şiş, Mumbayda olan Nair xəstəxanasında 7 saat gedən bir əməliyyatla götürülüb.

Cəlilabadda qadın naməlum şəxslər tərəfindən döyülüb

23 Fevral 2018 18:45

Cəlilabad sakini döyülüb. Məlumata görə, hadisə rayonun Alıqasımlı kəndində baş verib. Həmin kənd sakini Dilşad Xalıqova tanımadığı şəxslər tərəfindən döyülüb.  O, müxtəlif xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. D. Xalıqovaya ilkin tibbi yardım göstərilib.

Keyfiyyətli mikrodalğalı sobanı necə tanımalı? - ANİ BİR SƏHV ÖLÜM GƏTİRƏR

23 Fevral 2018 18:30

Texnologiyanın inkişafı nəticəsində bu gün insanların həyat səviyyəsi sürətlə yaxşılaşır. Artıq ölkəmizdə müxtəlif tipli məişət avadanlıqlar satılır. Ölkə bazarında ən müasir məişət texnikası mallarına rast gəlmək olar. Təbii ki, məişət avadanlıqlarının çeşidləri artdıqca, keyfiyyət və kəmiyyət fərqləri də artır. Belə olan halda isə alıcıların ən keyfiyyətli malı, normal qiymətə alması üçün həmin mallar haqqında standartları bilməlidirlər. Siz də yeni mikrodalğalı soba almaq istəyirsiz? Hansı məhsulu alacağınıza qərar verə bilmirsiz? O zaman bu yazını diqqətlə oxuyun.

Putin özünü partladan pilotu təltif etdi

23 Fevral 2018 18:25

Rusiya Prezidenti Vladimir Putin bir müddət öncə Suriyada qəzaya düşən Su-25 təyyarəsinin həlak olan pilotu Roman Filipovu Rusiya Qəhrəmanı ulduzu ilə təltif edib. Mükafat Filipovun həyat yoldaşına verilib.

Avstriya nəqliyyat və İKT sektorunda Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

23 Fevral 2018 18:20

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Kadırov Stalinin goruna söydü

23 Fevral 2018 18:15

Çeçeristan lideri Ramzan Kadırov İosif Stalinə lənət oxuyub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1944-cü ildə inquş və çeçen xalqlarının deportasiyasını yada salan Kadırov bunu Stalinin çeçenlərə qarşı ən böyük cinayəti adlandırıb. “Tarixdə çeçen xalqına qarşı çoxlu hücumlar olub.

Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib

23 Fevral 2018 18:11

Prezident İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda təbrik məktubu göndərib.

Vergilər naziri Qətərin səfiri ilə görüşüb

23 Fevral 2018 18:10

Bu gün vergilər naziri Mikayıl Cabbarov Qətər dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sainlə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin mühüm əhəmiyyəti qeyd edilib, Azərbaycan ilə Qətər dövləti arasında əlaqələrin bütün sahələr üzrə inkişafının vacibliyi vurğulanıb.

Hədəf Polşa hökumətdir - Avropa Komissiyası

23 Fevral 2018 18:10

AB ilə Polşa arasında məhkəmə islahatları ucbatından münasibətlər yolunda deyil. Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa Komissiyasının Polşa xalqı ilə konfliktdə olmadığını bildirib: "Bu, Avropa Komissiyası ilə Polşa hökuməti arasında olan qarşıdurmadır və biz bu problemi həll edəcəyik".

Problem açıqlandı: Bakıya olunan axın...

23 Fevral 2018 18:05

Bakıya olunan axın şagirdlərin məktəblərə yerləşdirilməsində problem yaradır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva jurnalistlərə deyib. Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən 317 məktəbdən yalnız 31 məktəbdə ərazi prinsipi qoyulub: "Valideynlər çalışır ki, uşaqlarını yaşadığı, işlədiyi ərazilərdə məktəblər yerləşdirsinlər. Boş yer qalarsa, digər ərzailərə şagirdlər yerləşdirilir".

Moldova Prezidenti Azərbaycana gələcək

23 Fevral 2018 18:02

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda Moldova Prezidenti İqor Dodon iştirak edəcək. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə İqor Dodonun Azərbaycana səfəri nəzərdə tutulub.

Şah Abbas karvansarasında bərpa işləri bu il başa çatacaq

23 Fevral 2018 18:01

Gəncə şəhərində yerləşən Şah Abbas karvansarasında aparılan bərpa işləri bu il yekunlaşacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tarixi abidənin bərpası nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında aparılır.

"Atalanta" prezidenti Batşuayidən üzr istəyib

23 Fevral 2018 17:59

"Borussiya Dortmund" Avropa Liqasının 1/16 final mərhələsində "Atalanta" ilə səfərdə 1:1 hesablı heç-heçəyə nail olub. Dortmundda qazanılan qələbə sayəsində (3:2) "Borussiya" 1/8 finala vəsiqə qazanıb.