Problem açıqlandı: Bakıya olunan axın...
Bakıya olunan axın şagirdlərin məktəblərə yerləşdirilməsində problem yaradır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva jurnalistlərə deyib. Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən 317 məktəbdən yalnız 31 məktəbdə ərazi prinsipi qoyulub: "Valideynlər çalışır ki, uşaqlarını yaşadığı, işlədiyi ərazilərdə məktəblər yerləşdirsinlər. Boş yer qalarsa, digər ərzailərə şagirdlər yerləşdirilir".
23 Fevral 2018 18:05 SosialBakıya olunan axın şagirdlərin məktəblərə yerləşdirilməsində problem yaradır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva jurnalistlərə deyib. Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən 317 məktəbdən yalnız 31 məktəbdə ərazi prinsipi qoyulub: "Valideynlər çalışır ki, uşaqlarını yaşadığı, işlədiyi ərazilərdə məktəblər yerləşdirsinlər. Boş yer qalarsa, digər ərzailərə şagirdlər yerləşdirilir". Məhəbbət Vəliyeva qeyd edib ki, paytaxta olunan axın nəticəsində şagirdlərin məktəblərdə yerləşdirilməsində çətinliklər olur: "Bəzən bir sinfə 40 şagird yerləşdirməli oluruq. Bizə sual verirlər ki, bir sinifdə bu qədər şagird olarmı? Amma bizim onları məktəbə qəbul etməməyə ixtiyarımız yoxdur". Axar.az