"Atalanta" prezidenti Batşuayidən üzr istəyib

"Borussiya Dortmund" Avropa Liqasının 1/16 final mərhələsində "Atalanta" ilə səfərdə 1:1 hesablı heç-heçəyə nail olub. Dortmundda qazanılan qələbə sayəsində (3:2) "Borussiya" 1/8 finala vəsiqə qazanıb.

"Borussiya Dortmund" Avropa Liqasının 1/16 final mərhələsində "Atalanta" ilə səfərdə 1:1 hesablı heç-heçəyə nail olub. Dortmundda qazanılan qələbə sayəsində (3:2) "Borussiya" 1/8 finala vəsiqə qazanıb. Oyundan sonra qonaqların hücumçusu Mişi Batşuayi berqamolu azarkeşlərin irqçilik etməsindən şikayətlənib.

"İl 2018 və tribunalarda yenə meymun səsləri...Ciddisiz? Ümid edirəm, Avropa Liqasının növbəti mərhələlərinə televizordan həvəslə baxacaqsınız. Bizsə yolumuza davam edirik" - belçikalı forvard sosial şəbəkədə yazıb.

"Atalanta"nın prezidenti Antonio Perkassi matçdan sonra verdiyi açıqlamada azarkeşlərin adından Batşuayidən üzr istəyib.

"Düzü, belə səslər eşitmədim. Bu baş veribsə, çox üzgünəm və Batşuayidən üzr istəyirəm. Gərək belə şey olmayaydı" - Perkassi deyib.

"Atalanta" 2014-cü ildə "Milan"la oyunda azarkeşlərinin meydana banan atması səbəbindən təxminən 33 min avro cərimələnmişdi. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31