Özbəkistanda Beynəlxalq  Ana dili günü ilə bağlı keçirilən tədbirdə  Azərbaycan təmsil olunub

Banqladeşin Özbəkistandakı səfirliyi və YUNESKO-nun Özbəkistan təmsilçiliyinin təşkilatçılığı ilə “Beynəlxalq  Ana dili günü”nə həsr olunmuş  və Daşkənddə keçirilən beynəlxalq tədbirə Özbəkistandakı bütün xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri qoşulmuşdular.

Banqladeşin Özbəkistandakı səfirliyi və YUNESKO-nun Özbəkistan təmsilçiliyinin təşkilatçılığı ilə "Beynəlxalq  Ana dili günü"nə həsr olunmuş  və Daşkənddə keçirilən beynəlxalq tədbirə Özbəkistandakı bütün xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri qoşulmuşdular.

Qeyd edək ki, Banqladeşin Özbəkistandakı səfirliyində təşkil olunan tədbirdə  iştirakçılar üçün əsas şərt öz ana dillərində bir şeir oxumaq və həmin şeirin ingilis dilində tərcüməsini Təşkilat Komitəsinə təqdim etmək olub. 

Tədbiri giriş sözü ilə açan Banqladeşin Özbəkistandakı Səfiri Mosud Mannan "Sülh üçün şeir" adlı layihə haqqında danışaraq, YUNESKO-nun dəstəyi ilə həyata keçirilən Beynəlxalq Ana dili günü və bununla bağlı keçirilən tədbirlər barədə məlumat verib.

YUNESKO-nun Daşkənd ofisinin rəhbəri Dendev Badarç çıxış edərək 1999-cu il 17 noyabr tarixində təşkilatın baş konfransında Banqladeşin təklifi ilə hər il fevralın 21-nin "Beynəlxalq ana dili günü" kimi qeyd olunması və layihənin əhəmiyyətindən danışdı.

Tədbirdə müxtəlif ölkələrin səfirləri və diplomatları ana dili haqqında öz fikirlərini bildirdi və onlar öz dillərində şeirlər səsləndirdilər.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dili və onun zənginliyi barədə danışaraq, dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin "Ana dili" şeirini söyləyib.  Çıxış alqışlarla qarşılanıb.

Qeyd edək ki,  YUNESKO-nun Özbəkistan təmsilçiliyi və Banqladeşin Özbəkistandakı Səfirliyinin layihəsi ilə çap olunmuş kitabda digər ölkələrinin şairlərinin şeirləri ilə yanaşı, Azərbaycan bölməsində Bəxtiyar Vahabzadənin "Ana dili:  "Mother tongue" şeiri Daşkənddə çap olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31