Komitə sədri: “Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır”

“Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

"Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O qeyd edib ki, insanların bu seçimdə azad olmalıdırlar: "Amma yeni nəslin soyadlarının milliləşdirilməsi ilə bağlı bizim qanunumuz olub. Yeni nəsil soyadlarında artıq sonluqlar millidir və müəyyən seçim etmək imkanı var. Düşünürəm ki, bu qanunun tətbiqində heç bir problem yoxdur. Digər şəxslər də bu imkandan istifadə edə bilirlər. Xatırladım ki, hazırda soyadların milliləşdirilməsi prosesi "ASAN Xidmət"də çox rahat həyata keçirilə bilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31