Milli Məclisdə vəkil söhbəti

Milli Məclisin fevralın 23-də keçirilən növbəti plenar iclasında millət vəkilləri müxtəlif məsəllərdən danışıblar. Əvvəlcə MM sədri Oqtay Əsədov Ağsaqallar Şurasının sədri, deputat Fəttah Heydərovu yubileyi münasibətilə parlament adından təbrik edib: “Cənab prezident Fəttah müəllimi "İstiqlal" ordeni ilə təltif etdi. Bununla da, onun əmək fəaliyyətinə ən yüksək səviyyədə qiymət verildi”.

Əli Hüseynli: "Əgər vəkillər peşəkar olmazsa, onlar məhkəmədə çəkişmə prinsipinin tətbiqində zəif görünə bilərlər"

Milli Məclisin fevralın 23-də keçirilən növbəti plenar iclasında millət vəkilləri müxtəlif məsəllərdən danışıblar. Əvvəlcə MM sədri Oqtay Əsədov Ağsaqallar Şurasının sədri, deputat Fəttah Heydərovu yubileyi münasibətilə parlament adından təbrik edib: "Cənab prezident Fəttah müəllimi "İstiqlal" ordeni ilə təltif etdi. Bununla da, onun əmək fəaliyyətinə ən yüksək səviyyədə qiymət verildi". Sonra millət vəkilləri təkliflərini səsləndiriblər. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Prezident İlham Əliyevin cəza siyasətinin yüngülləşdirilməsi ilə bağlı sərəncamından sonra 1500-dən artıq insanın cəzasının yüngülləşdirilməsi prosesinə başlanılıb: "1993-cü ildən 70 əfv sərəncamı, 11 amnistiya aktı qəbul olunub. Bütün bunlar Heydər Əliyevin siyasətinin əasını təşkil edir. Müəyyən mətbuat orqanları bunu başqa istiqamətlərdə qələmə verməyə çalışırıar. Azərbaycanda siyasi baxışlarına görə həbs edilən yoxdur. Düzdür, ayrı-ayrı hakimiyyətlər dövründə repressiyalar olub, amma Yeni Azərbaycan Partiyası hakimiyyətdə olan zaman belə hallara yol verilməyib. Bəzən mənim fikirlərimlə bağlı xəbərləri fərqli təqdim etməyə çalışırlar. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur, törətdiyi cinayətlərə görə cəzasını çəkən şəxslər var". Deputat Qüdrət Həsənquliyev vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı yüksək qiymətləndirib: "Burada dəfələrlə bildirilib ki, vəkillik institutunun nüfuzunu qaldırmaq lazımdır. Vəkillərimizin sayı azdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür etmək mümkün deyil". Qüdrət Həsənquliyev əlavə edib ki, "Vəkillər haqqında" qanun yenidən işlənməli, ilkin dövrdə vəkilliyə qəbulla bağlı imtahan sualları sadələşdirilməlidir: "Eləcə də vəkillərin sübutlar toplaması üçün imkanları prokurorluq orqanları qədər atırılmalıdır. Fikrimcə, qısa müddətə Azərbaycanda vəkillərin sayını Avropa standartlarına çatdırmaq lazımdır. Mən hüquqşünas olduğum üçün bu məsələyə hər zaman diqqət etmişəm. Hesab edirəm ki, prezidentin dünən imzaladığı sərəncam həm də bizim çıxışlarımıza verilən dəstəkdir". Deputat Fazil Mustafa deyib ki, dövlət başçısı tərəfindən imzalanan sərəncamda imkansız vətəndaşların dövlət hesabına vəkillərlə təmin olunması, həmçinin vəkillərin ödəniş məbləğinin üç dəfə artırılmasını da təqdir olunandır. Deputat vəkilliyə qəbulda keçid balının 60 baldan 50 bala endirilməsini də vacib sayıb: "Vəkillik bilavasitə təcrübə ilə bağlı fəaliyyət növüdür. 1800 adamdan əgər 600 nəfər keçirsə, bu, olduqca az adamdır. Həmçinin hesab edirəm ki, dövlət qulluğuna qəbul imtahanları zamanı müsahibə mərhələsi ləğv edilməlidir. Yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanının nəticələri əsasında vətəndaşlar müvafiq vəzifələrə qəbul edilməlidir".
 Millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu konitəsinin sədri Əli Hüseynli də deyib ki, prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam çox əhəmiyyətlidir. Bununla yanaşı, komitə sədri deputat həmkarların vəkilliyin test imtahanı ilə bağlı dəyişiklik təklifi ilə razılaşmayıb: "Çünki biz fiziki şəxslərin qanuni nümayəndəlik institutunu ləğv edəndə arqumentimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir. Ona görə də biz qanunvericilikdə düzəliş etdik və hazırda məhkəmələrdə hüquqların müdafiəsi yalnız Vəkillər Kollegiyasının üzvü tərəfindən aparıla bilər. Əgər vəkillər peşəkar olmazsa, onlar məhkəmədə çəkişmə prinsipinin tətbiqində zəif görünə bilərlər. O arqumenti qəbul edə bilmərik ki, ittihham tərəfi, yəni prokurorlar bütün test mərhələlərini keçsin, amma vəkillər bundan keçməsin. Problemin həlli yolu bundan ibarət deyil. Sonuncu test imtahanı göstərdi ki, orada iştirak edənlər imtahanı müvəfəqiyyətlə veriblər". Ə.Hüseynli qeyd edib ki, həm dövlət qulluğunda, həm də hakimlərin seçkisində ikinci və növbəti mərhələ əhəmiyyət kəsb edir: "Yalnız yazılı test imtahanı vermək peşəkarlığın yeganə göstəricisi deyil. Sərəncamdakı müddəaların tətbiqi vəkillərin sayının artırılmasına gətirib çıxaracaq. Nəticə belə olmalıdır ki, ədalət mühakiməsini həyata keçirən tərəflər (ittiham tərəfi, müdafiə tərəfi) peşəkarlıq baxımından eyni səviyyədə hazırlıqlı şəxslər olsun". Ə.Hüseynli həmçinin bildirib ki, Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi. Dəyişiklikdən sonra 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı: "Həmin müddətdən məhkəmələrə 4000-dən min artıq təqdimat göndərilib, bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur".O bildirib ki, bundan başqa, 5 min məhkumla bağlı təqdimat göndərilməsi nəzərdə tutulur: "Bu qanunu Amnistiya qüvvəli qanun kimi qəbul etmək olar".
Sonra millət vəkilləri qanun layihələrinin müzalirəsini dabam etdiriblər. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsini təqdim edib. Bildirib ki, məcəlləyə yeni - 326-1 ((Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla, habelə sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilmədən yerinə yetirilməsi) maddəsi əlavə edilir. Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla yerinə yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Millət vəkili Elmira Axundova qeyd edib ki, "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklər çox mühüm və aktualdır. Xüsusilə 1-ci, əsas anlayışlar maddəsinə, piyadalar sözünün əlavə edilməsi: "Çünki bilirik ki, bir çox hallarda, piyadaların yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində qəzalar baş verir. Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən yox, qadağan olunmuş yerlərdən keçir və bir çox hallarda bu faciəvi qəzalara səbəb olur". Deputat bildirib ki, bu günlərdə Əfv komissiyasının iclası keçirilib və orada baxılan ərizələrin böyük əksəriyyəti piyadalar üçün faciə ilə nəticələnmiş yol qəzalarına aid müraciətlərdir: "Təsəvvür etsək ki, bu qəzalar nəticəsində iki və yadaha çox ailə birdən-birə bədbəxt olur onda bu faciələrin miqyasını təsəvvür etmək elə də çətin deyil. Ona görə piyadaların qadağan olunmuş yerlərdən keçməsinin qarşısını almaq və bu halları minimum səviyyəyə qədər azaltmaq üçün cərimə və cəzalar bir qədər də sərtləşdirilməli, nəzarət daha da gücləndirilməlidir. İkinci tərəfdən bu dəyişikliklərdə müsbət məqamyük avtomobillərinin və avtobusların nəzarət qurğusu "taxoqraf" haqqındadır. Bu da çox mühüm bir dəyişiklikdir. Çünki belə qurğu qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması vəzifəsini daşıyacaq. Bir məsələni də nəzərinizə çatdırım, "Yol hərəkəti haqqında" qanuna bir mühüm dəyişiklik etmək də yerinə düşərdi. Bildiyimiz kimi son zamanlar, yol hərəkəti təhlükəsizliyini təmin edən tədbirlərə baxmayaraq sərnişin avtobusları ilə törədilən qəzalar artmaqda və çox ağır nəticələr yaşanmaqdadır. Dövlət orqanları tərəfindən keçirilən reydlər zamanı aydın olur ki, özəl sərnişin daşıma şirkətlərininmarşurutlarını idarə edənşəxslərbəzən sürücülük vəsiqəsi olmadan avtobusları idarə edirlər. Məncə belə sürücüləri xəttə buraxmaq, buna göz yummaq çox ağır cinayətdir. Burada onlarla, hətta yüzlərlə insan həyatından söz gedir, biz bu qədər insan həyatının təhlükəyə atılmasına biganə qalmamalıyıq. Düşünürəm ki, belə hərəkətlərə görə məsuliyyət artırılmalı, nəzarət və cəza tədbirləri gücləndirilməlidir. Bununla əlaqədar "Yol hərəkəti haqqında" qanuna xüsusi dəyişiklik də edə bilərik. Eyni zamanda sərnişinlər tərəfindən sürücülərə qarşı edilən kobudluq və zorakılıq aktları da çoxalmaqdadır, biz efirdən və mətbuatdan tez-tez belə halların şahidi oluruq. Bu barədə də "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası qanununun 32-ci, "Sərnişinlərin əsas vəzifələri" maddəsində boşluqlar var və bu maddəyə mütləq belə halların aradan qaldırılması üçün sərnişinlərin davranış qaydaları haqqında bir sıra əlavələr olunmalıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31