Yeni formatlı metodiki vəsaitlər
Mədəniyyət müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və orada çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin dəstəklənməsində böyük əhəmiyyət kəsb edən metodiki vəsaitlərin hazırlanması Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas vəzifələrindəndir.
23 Fevral 2018 15:39 MədəniyyətMədəniyyət müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və orada çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin dəstəklənməsində böyük əhəmiyyət kəsb edən metodiki vəsaitlərin hazırlanması Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas vəzifələrindəndir.
Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış, mədəniyyət sahəsini demək olar ki, ümumilikdə əhatə edən 14 yeni metodiki vəsait işıq üzü görüb.
Müəlliflərin hazırladıqları bütün vəsaitlərin rayon (şəhər) mədəniyyət və turizm idarələrinə, musiqi məktəblərinə göndərilməsi və yerlərdə təqdimatların aparılması da nəzərdə tutulmuşdur.