Gündəm
Tacikistan prezidenti Azərbaycana gəlir
Tacikistanın prezidenti İmaməli Rəhmanın Azərbaycana rəsmi səfəri gözlənilir. Bu barədə Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verib.
Fevralın 26-da Bakıda bu yollar bağlanacaq
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti tərəfindən abidənin yerləşdiyi, uzunluğu 1050 metr olan parkda son hazırlıqlar yekunlaşıb. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, hər il olduğu kimi bu ildə Xocalı abidəsinin önünə güllər düzülüb: “Parkda Xocalı soyqrımının anım günü üçün işlər demək olar ki, yekunlaşıb. Artıq bir neşə gündür müxtəlif idarə və müəssisələrdən insanlar, ümumtəhsil və səhiyyə müəssisələrindən, bağçalardan kollektiv şəkildə uşaqlar və böyüklər abidəni ziyarət etməyə gəlirlər. Biz onların rahatlığı üçün zəruri şəraiti yaratmışıq".
Dünyanın ƏN KÖK ADAMI arıqladı - Ginnesin Rekordlarından çıxdı
Dünyanın ən kök adamı 690 kq-dan 453 kq-a qədər arıqlayıb. Meksikalı 33 yaşlı Xuan Pedro Franko haqqında Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumatda, ötən ilin ortalarından müalicəsinə başlanılan Pedronun bir neçə dəfə mədə kiçiltmə əməliyyatı keçirtdiyi, ciddi pəhrizə riayət etdiyi qeyd olunub. Daha əvvəl yerindən belə dura bilməyən Pedro artıq divarlardan tutaraq addım ata bilir.
Litvada möhtəşəm Xocalı FLAŞMOBU - VİDEO
Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Litva Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvləri Vilnüsün mərkəzində Neris çayının sahilində Xocalı soyqırımına həsr olunmuş flaşmob keçiriblər. Vilnüs şəhər meriyasının xüsusi icazəsi ilə keçirilən tədbir Vilnüs sakinlərinin və qonaqlarının ən çox hərəkət etdiyi yerdə və meriyanın qarşısında baş tutub.
25 nəfər hamilə qadını döydü - BAKIDA - VİDEO
Bakının Binəqədi rayonunda kütləvi dava baş verib. Xocasən qəsəbəsindəki yaşayış evlərinin birindən qonşunun həyətinə su axması səbəbindən qonşular arasında kütləvi dava düşüb. Fərdi yaşayış evində kirayə qalan 25 yaşlı Səfər Səfərov öz ad gününü qeyd etmək üçün bacılarını və onlardan birinin həyat yoldaşı, Türkiyə vətəndaşı Səlcuq Yoldəmiri də qonaq çağırıb. Qonaqlıq zamanı qonşuluqda yaşayan yaşlı kişi Səfərovgilə gələrək bildirib ki, onun həyətindəki çən su buraxır və həmin su onların həyətinə axır. Bu səbəbdən onlar arasında mübahisə düşüb. Mübahisə böyüdüyü üçün yaşlı kişinin qohumları da məsləyə qarışıb. Nəticədə, onlar arasında əlbəyaxa dava düşüb.
560 minə yaxın şəxsin müavinətləri artırılacaq
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” və “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” 23 fevral 2018-ci il tarixli Sərəncamları sosial təminat sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində növbəti addımdır”.
NATO qərargahına bombalı hücum
Əfqanıstanda bu gün 3 dəfə ard-arda partlayış hadisələri baş verib. Paytaxt Kabildə kamikadze özünü NATO-nun və ABŞ səfirliyinin yerləşdiyi binanın yaxınlığında partladıb. Rəsmi açıqlamalara görə, hadisə zamanı ən az 1 nəfər həlak oub. Xəstəxanaya aparılan yaralıların vəziyyəti ağırdır.
Terrorçulardan XAİN PLAN - Qocaları bombaya bağlayıb pusqu qururlar - FOTO/VİDEO
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” hərəkatı çərçivəsində daxil olduğu Afrinin Maskah kəndində şok hadisə ilə qarşılaşıb. Əsgərlər bir evin zirzəmisində 4 nəfər 80-90 yaşlı kəndlini mina və bombaya bağlanmış şəkildə tapıblar.
Bakıda bacada sıxışıb qalan gəncdən XƏBƏR VAR - Sən demə....
Bakıda gənc oğlanın bacaya düşməsinin detalları məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən “Alov” parkındakı “Alov” restoranının havalandırma sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlərlə bacaya düşən şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.
Gənc şair intihara cəhd etdi
Cabbar Çətin kimi tanınan gənc şairin intihar etməsi barədə xəbər yayılıb. Bu barədə şairin dostları Feysbuk hesablarında yazıblar. Hadisənin harada və necə baş verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
DİM müsahibənin nəticələrini açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM )tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib. DİM-dən verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 17 müxtəlif yerdə təşkil edilmişdir. Mingəçevirdə isə müsahibələrin keçirilməsinə yaxın günlərdə başlanılacaq.
560 minə yaxın şəxsin müavinətləri artırılacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” və “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” 23 fevral 2018-ci il tarixli Sərəncamları sosial təminat sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində növbəti addımdır.
Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunan tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birgə keçirilən tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor professor Gülşən Əliyeva çıxış edərək Azərbaycan həqiqətlərinin, xüsusən xalqın yaşadığı soyqırım dəhşətlərinin beynəlxalq aləmə daha ətraflı şəkildə çatırılmasının yolları barədə maraqlı fikirlər səsləndirib, təkliflər irəli sürüblər. Əcnəbi tələbələrin çoxluq təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nicat Məmmədli “Xocalı soyqırımı” mövzusunda mühazirə ilə çıxış edib, soyqırımı əks etdirən videoçarx nümayiş olunub.
Tovuzda yanğın: ölənlər var
Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb. Hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. Hadisə nəticəsində dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.
“Dream Doctor” layihəsinin hazırlıqları başlanıldı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Tibb Universiteti və İsrailin Azərbaycandakı Səfirliyinin “Dream Doctor” adlı birgə layihəsinin hazırlıq işlərinə başlanılıb. Təlimlə bağlı ADMİU-da tələbələrlə görüş keçirilib. Görüşdə əvvəlcə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva çıxış edərək, həssaslıq, mərhəmət hissi tələb edən layihədə tələbələrin ürəklə, səmimi şəkildə iştirak edəcəyinə inandığını qeyd etmiş, onlara bu işdə uğurlar arzulayıb. Daha sonra ATU-nun dosenti Rəhimə Qabulova geniş təqdimatla çıxış edib.














