NATO qərargahına bombalı hücum
Əfqanıstanda bu gün 3 dəfə ard-arda partlayış hadisələri baş verib. Paytaxt Kabildə kamikadze özünü NATO-nun və ABŞ səfirliyinin yerləşdiyi binanın yaxınlığında partladıb. Rəsmi açıqlamalara görə, hadisə zamanı ən az 1 nəfər həlak oub. Xəstəxanaya aparılan yaralıların vəziyyəti ağırdır.
24 Fevral 2018 16:45 DünyaƏfqanıstanda bu gün 3 dəfə ard-arda partlayış hadisələri baş verib. Paytaxt Kabildə kamikadze özünü NATO-nun və ABŞ səfirliyinin yerləşdiyi binanın yaxınlığında partladıb.
Rəsmi açıqlamalara görə, hadisə zamanı ən az 1 nəfər həlak oub. Xəstəxanaya aparılan yaralıların vəziyyəti ağırdır.
Helmand vilayətində ard-arda baş verən partlayışlarda 3 təhlükəsizlik xidməti əməkdaşı həlak olub, çox sayda dinc sakin yaralanıb.
Hücumun məsuliyyətini Taliban terror təşkilatı öz üzərinə götürüb.