Gündəm
Məzahir Pənahova ağır itki
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova ağır itki üz verib. MSK sədrinin qardaşı Mahir Pənahov vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 58 yaşında dünyasını dəyişib
Qocalmaq istəmirsinizsə, bu qidalara üz tutun!
Müasir tibdə qocalma ilə bağlı geniş araşdırmalar aparılır. Alimlər qocalmanı ləngitmək, qocalıqda inkişaf edən xəstəliklərinin qarşısını almaq üçün müxtəlif "yaş əleyhinə" (ingilis dilində - "anti-age") proqramlar hazırlayır.
Rusiya regiona daha iki Su-57 göndərdi – Səbəb
Rusiyanın daha iki beşinci nəsil Su-57 təyyarəsi Suriyaya gəlib. Bu barədə informasiyanı “Sputnik Arabik” yayıb. Agentlik hazırda Hmeymim bazasında 4 S-57-nin olduğunu bildirib.
Teatr beynəlxalq festivallarda iştirak edəcək
Bu il özünün 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrı 2018-ci il fevral ayının 27-dən mart ayının 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçiriləcək VIII Beynəlxalq Monodram tamaşalar festivalında və martın 3-dən 8-dək Hindistanda keçiriləcək VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edəcək.
Əməkdar jurnalistlərin təqaüdləri artırıldı – Rəsmi
Prezidentin sərəncamı “Əməkdar” fəxri adını almış jurnalistlərə də şamil ediləcək. Sərəncama əsasən onların təqaüdləri martın 1-dən artırılacaq. Belə ki, əvvəlcə bu təqaüd 60 manat idisə, hazırda 100 manat olacaq. Bu sözləri bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Musavat.com-a açıqlamasında bildirib.
Jirinovski: Vurulan hər təyyarəyə görə bir baza məhv edəcəm
Yaxın zamanlarda hər kəsi məcbur edəcəm ki, Rusiyaya hörmət etsinlər. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. “İstərdim ki, bizim ölkə heç vaxt heç nəyi bağışlamasın. Bu qəbuledilməzdir. Mən hər kəsi ölkəyə hörmət etməyə məcbur edəcəyəm. Bundan sonra heç kim rus təyyarəsini vurmağa cəsarət etməyəcək. Vurulan hər təyyarəyə görə aqressorun mərmisinin havalandığı bir aviabaza məhv ediləcək.
Ağsuda polislər qəzaya düşdü
Ağsu rayonunda polis əməkdaşlarının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Ağsu şəhərinin mərkəzində, “Şlanba” adlanan ərazidəki işıqforda qeydə alınıb. Ağsu rayon Polis Şöbəsinin Post Patrul Bölməsinin “Fiat Dubl” markalı xidməti avtomobili qarşı tərəfdən gələn VAZ-2109 markalı avtomobillə toqquşub.
İsveçrədə silahlı qarşıdurma: 2 nəfər ölüb
Analizlərin düzgün verilməsi qaydaları
Bilik Fondu Xocalı faciəsi qurbanlarını yad etdi
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bu istiqamətdə silsilə tədbirlər həyata keçirir.
Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır
Sabahdan Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır. Bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd edilir.
“AXC və qadınlar” mövzusunda dəyirmi masa
Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “AXC və qadınlar” mövzusunda dəyirmi masa keçirilib. Açılış nitqi ilə çıxış edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini deyib. S.Əliyeva qeyd edib ki, AXC dövründə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilib və beləliklə kişilərlə bərabər qadınlar da ölkənin ictimai–siyasi həyatında fəal iştirak hüququ əldə ediblər.
Yarım saata 151 şiş kabab yedi - VİDEO
Bakıda keçmiş məhkumlar boğazlarını kəsdi
Xətai rayonunda intihara cəhd hadisələri qeydə alınıb. Hadisələr Qaçaq Nəbi və Səməd bəy Mehmandarov küçələrində baş verib. 1992-ci il təvəllüdlü Əsədullayev Elşad Elşən oğlu və 1982-ci il təvəllüdlü Abbasov Ənvər oğurlanmış su nasoslarını Səməd bəy Mehmandarov küçəsində satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları onların izinə düşüb. E.Əsədullayev qaçaraq Qaçaq Nəbi küçəsindəki evində gizlənməklə boğazını kəsərək intihara cəhd göstərib.
Ağ Evə giriş bağlandı - TƏHLÜKƏ
Vaşinqtonda avtomobil Ağ Evin hasarına çırpılıb. Hadisə ilə əlaqədar Ağ Evin ərazisinə giriş bağlanıb. Avtomobilin sükanı arxasında qadın olub. Saxlanılan şəxs kiməsə zərər vurmaq niyyətində olmayıb. Onun psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub. ABŞ prezidenti Donald Tramp Ağ Evin qarşısında baş vermiş hadisədən sonra Məxfi Xidmətə təşəkkür edib.














