Gündəm

Lavaş ermənilərin boğazında belə qaldı - Qalmaqal

24 Fevral 2018 08:47

XX əsrin əvvəllərinədək erməni lüğətlərində “lavaş” sözünə rast gəlinmir. Lakin 2014-cü il noyabrın 26-da Parisdə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasının gedişində Ermənistan “ənənəvi erməni çörəyi – lavaşın” qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün ərizə ilə müraciət etmişdi.

ABŞ Rusiya və Türkiyəyə mane ola bilməyəcək – Ekspert

24 Fevral 2018 08:20

ABŞ və bəzi kənar qüvvələr Putin-Ərdoğan-Ruhani görüşünə mane ola bilməyəcək.

Mun Çe-in və İvanka Tramp Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər

24 Fevral 2018 08:10

Cənubi Koreya Prezidenti Mun Çe-inlə ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp Seulda keçirilən qapalı görüşün gedişində Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Əfqanıstanda bir sutka ərzində azı 70 silahlı öldürülüb

24 Fevral 2018 08:08

Əfqanıstan Müdafiə Nazirliyi ölkənin bir neçə əyalətində keçirilən əməliyyatlar nəticəsində bir sutka ərzində azı 70 silahlının öldürüldüyünü iddia edir.

Tereza Mey martın 2-də “Brexit”lə bağlı hökumətin mövqeyini açıqlayacaq

24 Fevral 2018 08:06

Böyük Britaniyanın Baş naziri Tereza Mey gələn həftə ölkəsinin Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı çıxış edəcək. “Downing Street” nümayəndəsinin sözlərinə görə, baş nazir martın 2-də hökumətin mövqeyinin detallarını açıqlayacaq. Tereza Meyin çıxışının Britaniyada baş tutacağı gözlənilir. Ötən ilin sentyabr ayında o, “Brexit” üzrə mövqeyini İtaliyanın Florensiya şəhərində bildirmişdi.

Azərbaycan MDB və Avropada 1-ci yerə çıxdı

24 Fevral 2018 08:02

Azərbaycan dizel yanacağının qiymətinin ucuzluğuna görə dünyada ilk onluğa daxildir. Ölkə dizel yanacağının ucuzluğuna görə, dünyanın 167 dövləti arasında 9-cu yerdə qərarlaşıb.

Xocalı soyqırımının 26-cı ildönümü İğdırda da qeyd olundu

24 Fevral 2018 08:01

Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə “Xocalıya ədalət!” devizi altında anım mərasimi keçirilib.

Myanmarda ardıcıl üç partlayış baş verib

24 Fevral 2018 07:59

Fevralın 24-də səhər saatlarında Myanmarın Arakan ştatında ardıcıl üç partlayış baş verib.  Partlayışlar ştatın paytaxtı Akyabda (Situe) qeydə alınıb. Bir neçə polis əməkdaşının yüngül yaralandığı bildirilir. İlkin məlumata əsasən, ölən yoxdur. Fevralın 21-də Laşo şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

Yaponiya sahillərində zəlzələ baş verib

24 Fevral 2018 07:56

Yaponiya sahillərində 4,6 bal gücündə zəlzələ baş verib. Məlumata görə, Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yeraltı təkanların episentri Namiye şəhərindən 32 km cənub-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Məşhur Hollivud aktrisası 97 yaşında vəfat edib

24 Fevral 2018 07:54

Hollivudun tanınmış aktrisa və müğənnisi Nanett Fabrey  97 yaşında dünyasını dəyişib. Məlumata görə, bu barədə “The New York Times” xəbər verib. Nanett Fabrey Kaliforniyada öz evində keçinib.

Meksikada universitetdə atışma olub, ölənlər var

24 Fevral 2018 07:53

Meksikanın paytaxtında universitetdə silahlı insident baş verib. Ölkənin ən iri UNAM universitetinin ərazisində qeydə alınan atışma nəticəsində iki gənc öldürülüb. 20 və 29 yaşında olan oğlanlar universitetin mühafizəçiləri tərəfindən yaralı vəziyyətdə aşkarlanıb. Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

BMT TŞ-da Suriyada atəşkəsə dair səsvermə təxirə salınıb

24 Fevral 2018 07:50

BMT Təhlükəsizlik Şurası Suriyada atəşkəsə dair qətnamə layihəsinə şənbə günü, Nyu-York vaxtı ilə saat 12:00-da səs verəcək.  Bu barədə İsveçin BMT-dəki daimi nümayəndəsi Ulof Skuq bildirib.

Trampın sabiq müşaviri özünü ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb

24 Fevral 2018 07:48

ABŞ prezidenti Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyasındakı müşaviri Riçard Qeyts özünü Federal Təhqiqatlar Bürosuna (FTB) yalan ifadə verməkdə və ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb. Qeyts Donald Trampın seçkiqabağı qərargahının sədri Pol Manafortun partnyorudur. "Rusiya işi" üzrə ev dustaqlığında saxlanılan Manafort həmçinin 30 milyon dollar məbləğində “çirkli pulların” yuyulması və vergidən yayınmaqda təqsirli bilinir.