Trampın sabiq müşaviri özünü ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb

ABŞ prezidenti Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyasındakı müşaviri Riçard Qeyts özünü Federal Təhqiqatlar Bürosuna (FTB) yalan ifadə verməkdə və ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb. Qeyts Donald Trampın seçkiqabağı qərargahının sədri Pol Manafortun partnyorudur. "Rusiya işi" üzrə ev dustaqlığında saxlanılan Manafort həmçinin 30 milyon dollar məbləğində “çirkli pulların” yuyulması və vergidən yayınmaqda təqsirli bilinir.

ABŞ prezidenti Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyasındakı müşaviri Riçard Qeyts özünü Federal Təhqiqatlar Bürosuna (FTB) yalan ifadə verməkdə və ABŞ-a qarşı sövdələşmədə günahkar sayıb. Qeyts Donald Trampın seçkiqabağı qərargahının sədri Pol Manafortun partnyorudur. "Rusiya işi" üzrə ev dustaqlığında saxlanılan Manafort həmçinin 30 milyon dollar məbləğində "çirkli pulların" yuyulması və vergidən yayınmaqda təqsirli bilinir.

Bundan əvvəl xüsusi prokuror Robert Müllerin istintaq qrupu məhkəməyə Riçard Qeytsin Ukrayna ilə bağlı görüşlərdə iştirak etdiyi və bu barədə məlumatı gizlətdiyinə dair sənədlər təqdim edib. R. Müller həmçinin Pol Manafortu sabiq Ukrayna prezidenti Vuktor Yanukoviçin  hökumətinin maraqlarına lobbiçilik etməkdə günahlandırıb. 

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun  sabiq direktoru Robert Müller ötən ilin mayında "Rusiya işi" ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31