Meksikada universitetdə atışma olub, ölənlər var
Meksikanın paytaxtında universitetdə silahlı insident baş verib. Ölkənin ən iri UNAM universitetinin ərazisində qeydə alınan atışma nəticəsində iki gənc öldürülüb. 20 və 29 yaşında olan oğlanlar universitetin mühafizəçiləri tərəfindən yaralı vəziyyətdə aşkarlanıb. Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.
24 Fevral 2018 07:53 DünyaMeksikanın paytaxtında universitetdə silahlı insident baş verib. Ölkənin ən iri UNAM universitetinin ərazisində qeydə alınan atışma nəticəsində iki gənc öldürülüb. 20 və 29 yaşında olan oğlanlar universitetin mühafizəçiləri tərəfindən yaralı vəziyyətdə aşkarlanıb. Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala əsasən, söhbət cinayətkar qrupların qarşıdurmasından gedir. Ölənlər tələbə və yaxud universitet işçiləri deyillər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Apa.az RİA Novosti agentliyinə istinadən xəbər verir.