“AXC və qadınlar” mövzusunda dəyirmi masa
Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “AXC və qadınlar” mövzusunda dəyirmi masa keçirilib. Açılış nitqi ilə çıxış edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini deyib. S.Əliyeva qeyd edib ki, AXC dövründə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilib və beləliklə kişilərlə bərabər qadınlar da ölkənin ictimai–siyasi həyatında fəal iştirak hüququ əldə ediblər.
24 Fevral 2018 09:52 SosialAzərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə "AXC və qadınlar" mövzusunda dəyirmi masa keçirilib.
Açılış nitqi ilə çıxış edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Prezident İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdiyini deyib. S.Əliyeva qeyd edib ki, AXC dövründə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilib və beləliklə kişilərlə bərabər qadınlar da ölkənin ictimai-siyasi həyatında fəal iştirak hüququ əldə ediblər.
Daha sonra kafedranın dosenti Kifayət Ağayeva "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan qadını" mövzusunda slayd təqdim edib. O, AXC qurulduğu müddətdə Azərbaycanın məişət və ictimai həyatında mövcud olan poliqamiya, məcburi evlilik və islami dəyərlərdən sui-istifadə olunmasından danışıb.
Sonda AXC dövründə ölkənin ictimai-siyasi həyatında fəal olan, ilklərə imza atmış qadınlar və mədəni-intellektual mühit ilə bağlı video-çarx nümayiş olunub.