Teatr beynəlxalq festivallarda iştirak edəcək
Bu il özünün 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrı 2018-ci il fevral ayının 27-dən mart ayının 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçiriləcək VIII Beynəlxalq Monodram tamaşalar festivalında və martın 3-dən 8-dək Hindistanda keçiriləcək VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edəcək.
24 Fevral 2018 10:26 Teatr və kinoBu il özünün 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrı 2018-ci il fevral ayının 27-dən mart ayının 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçiriləcək VIII Beynəlxalq Monodram tamaşalar festivalında və martın 3-dən 8-dək Hindistanda keçiriləcək VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edəcək. VIII Beynəlxalq Dünya Teatr Olimpiadası təşkilatçılarının dəvəti ilə qastrol səfərinə yollanan kollektiv səfər çərçivəsində T. Vəliyevanın "Cəza" (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Tamaşa fevral ayının 27-dən martın 2-dək BƏƏ-nin Əl Füceyra şəhərində və 2018-ci ilin martın 3-dən 8-dək Hindistan Respublikasının Dehli və Kəlkütə şəhərlərində nümayiş olunacaq.