Gündəm
“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının proqramı açıqlanıb
Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən martın 7-dən 14-dək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlərin təşkili, beynəlxalq elmi simpoziumun və muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Bəy toy günü intihar etdi
Mustafa Sandalın həyat yoldaşından ŞOK AÇIQLAMA: "11 ildir ki, onu.."
Türkiyənin tanınmış müğənnisi Mustafa Sandal boşanma ərəfəsində olan həyat yoldaşı Əminə Sandal ilə oğlunun 6 yaşını qeyd edəcəyini desə də, həmin gün orda ola bilməyib. Türkiyə mediasının gündəmini zəbt edən xəbərə görə, Mustafa Sandalın oğlunun ad günündə iştirak edə biməməsinin səbəbi sadəcə iş olub. Bununla bağlı jurnalistlərə açıqlama verən Əminə Sandal isə deyib ki, bəhanədir, biz tezliklə boşanacağımız üçün o, ad gününə qatılmayıb.
Azərbaycan cüdoçusu erməniyə qalib gəldi - Qızıl xalla
Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə” turnirində 1/4 finala vəsiqə qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/16 finalda avstraliyalı Ceyk Benstedi, 1/8 finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib.
Trampın seçki kampaniyasının sözçüsü ittihamları qəbul etdi
ABŞ prezidenti Donald Trampın ittiham edilən yaxın adamlarından biri haqqında irəli sürülən bütün ittihamları qəbul edib. Bu barədə Tramp özünün Tvitter səhifəsində məlumat yayıb. Belə ki, Donald Trampın seçki kampaniyasının sözçüsü olmuş Riçard Kates Rusiya araşdırması çərçivəsində haqqında irəli sürülən bütün ittihamları qəbul etdiyini bildirib.
Qadağan olunan “Güləhməd”in rejissorundan ŞOK İTTİHAMLAR
Mən film üçün məkan tapmadığınıza görə, baş rol ifaçısını bəyənmədiyimə görə, büdcəniz olmadığına görə, 3 dəfə filmi çəkməkdən imtina etdim.
Bu, insanları aldatmaq variantıdır – “İdeal endirim”
Ötən gün "İdeal" parfumeriya və kosmetika mağazalar şəbəkəsinin 23 fevral - işğalçı Qızıl Ordunun yaradılması günü münasibətilə endirim kampaniyası elan etməsi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və millət vəkili Fazil Mustafa açıqlama veriblər.
Ramiz Mirzəyevin bacısının və yeznəsinin öldürüldüyü məlum oldu - TƏFƏRRÜAT (YENİLƏNİR)
Tovuzdakı yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədovun sui-qəsd nəticəsində öldüyü ehtimalı irəli sürülüb. Mərhum Mirzəyevlərin evində insan ölümünə səbəb olan yanğın baş verməyib. Rəsmi məlumatda da göstərildiyi kimi, F.Məmmədovun çarpayısının ətrafı 4 kv/m, F.Mirzəyevanın olduğu divan isə qismən yanıb.
Yeganə verilişə ailəsi ilə gəlib boşanma xəbərlərindən danışdı: "Qanuni ərimdir"
Müğənni Yeganə Akbudak türkiyəli həyat yoldaşı Fatehlə boşanma xəbərlərinə son qoyub. Cütlük birlikdə "Zaurla Günaydın" verilişinə qonaq olublar. Yeganə bildirib ki, artıq boşanma xəbərlərindən yorulub:
Əri müğənnini silahla yaraladı
"Pi" ləqəbi ilə tanınan müğənni Pınar Demirkol əri tərəfindən döyülüb. Əri və 7 yaşındakı oğlu ilə İstanbuldakı evində olan ifaçı haqda iddiaları qonşuları da təsdiqləyib. Qəfildən əri ilə dava etməyə başlayan Pınar bağçaya çıxaraq nəfəs almaq istəyib. Bu hərəkətə əsəbiləşən Caner arvadına və qızına qışqırmağa başlayıb. 7 yaşındakı qız atasının əlindəki silahı görüb qışqırmağa başlayıb.
Ərdoğandan sərt mesaj: "Bizim qanımızda yoxdur, amma siz qanınızda var..."
Ərdoğan: “Bizim qanımızda mülki vətəndaşları vurmaq yoxdur…” Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda partiyasının il konqresində vətəndaşların qarşısına çıxıb. Ərdoğan çıxışı zamanı “Bizim qanımızda mülki şəxsləri öldürmək yoxdur, amma siz qanınızda var” deyərək Suriyada sadə vətəndaşları öldürən qüvvələrə sərt mesajını verib.
Nəğməkar qız” Muğam Mərkəzində
V Beynəlxalq Muğam Festivalının açılış konserti Heydər Əliyev Sarayında təşkil ediləcək
Martın 7-də Heydər Əliyev Sarayında V Beynəlxalq Muğam Festivalının açılış konserti olacaq. Açılış konsertində Əməkdar İncəsənət Xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları olacaq. Konsertdə Gülyaz Məmmədova, Emil Əfrasiyab, Firuz Səxavət, Afaq Abbasova, İlkin Əhmədov, Rəvanə Qurbanova, Aşıq Babək Şakirli və başqaları iştirak edəcək.
Teatr kollektivi Ölkə Prezidentinə təşəkkür məktubu ünvanlayıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə imzaladığı sərəncamla əlaqədar ölkə rəhbərinə təşəkkür məktubu ünvanlamışdır. Məktubda deyilir:
Birinci sinifə 30 min sənəd elektron qeydiyyatdan keçib
Fevralın 24-ü saat 14:00-a olan məlumata əsasən elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I siniflərinə qəbul üçün 30 mindən çox sorğu yerləşdirilib. Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat verir ki, onlardan 29 minə yaxını ümumi təhsil məktəblərini, 2 minə yaxını isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu proqnozunun təxminən 60 faizindən çoxdur.














