Ərdoğandan sərt mesaj: "Bizim qanımızda yoxdur, amma siz qanınızda var..."
Ərdoğan: “Bizim qanımızda mülki vətəndaşları vurmaq yoxdur…” Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda partiyasının il konqresində vətəndaşların qarşısına çıxıb. Ərdoğan çıxışı zamanı “Bizim qanımızda mülki şəxsləri öldürmək yoxdur, amma siz qanınızda var” deyərək Suriyada sadə vətəndaşları öldürən qüvvələrə sərt mesajını verib.
24 Fevral 2018 17:06 DünyaƏrdoğan: "Bizim qanımızda mülki vətəndaşları vurmaq yoxdur..." Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda partiyasının il konqresində vətəndaşların qarşısına çıxıb.
Ərdoğan çıxışı zamanı "Bizim qanımızda mülki şəxsləri öldürmək yoxdur, amma siz qanınızda var" deyərək Suriyada sadə vətəndaşları öldürən qüvvələrə sərt mesajını verib.
"Keçmiş atalarımızın varisiləri olaraq indi də Mehmetçik eyni yolu gedir. Biz F-16-larla, tanklarımızla Mehmetimizə hücum edənləri boğduq və boğmaqda davam edirik. Amma bəziləri çıxıb nə deyir? Mülki vətəndaşlırı vururuq. Vicdansızlar, əxlaqsızlar, ədəbsizlər, bizim qanımızda mülki vətəndaşları öldürmək yoxdur, ancaq sizin qanınızda var. Siz bunu Malidə, Ruandada, Korsikada, Liviyada etdiniz. Türkləri bu işlərə aid edə bilmərsiz.
Sərhədlərimizi qorumaq bizim vəzifəmizdir. Heç kim bizə qalxıb deyə bilməz ki, sərhədlərini qoruma. Hücum edənlərə qarşı da lazımı cavabı verəcəyik. Bu ölkə, bu millət, bu əsgər, qorxaq deyil. Bura qorxaqlar ölkəsi deyil."
A24.az