Gündəm

Moskvada bomba həyəcanı: 4 minə yaxın insan təxliyə edildi

25 Fevral 2018 23:14

Rusiyanın paytaxtı Moskvada Manejnoy meydanının yaxınlığında yerləşən "Oxotnıy Ryad" ticarət mərkəzində bomba olması barədə polisə anonim zəng daxil olub.

Daha bir məşhur aktrisa vəfat etdi

25 Fevral 2018 23:09

"The Vicar of Dibley" komediya serialında "Alice" obrazını canlandıran aktrisa Emma Çambers 53 yaşında vəfat edib. Bu barədə ingiltərəli aktrisanın yaxınları məlumat verib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi hələ ki, məlum deyil.

16 türk qadın barəsində EDAM HÖKMÜ çıxarıldı

25 Fevral 2018 23:06

İraqın Cinayət Məhkəməsi Türkiyə vətəndaşı olan 16 qadın barəsində edam hökmü çıxarıb. Bu barədə "Al Sumaria" telekanalı məlumat yayıb. Xəbərdə bildirilir ki, onlar İŞİD terror qruplaşmasına dəstək verməkdə ittiham ediliblər. 

Türkiyənin gözlədiyi oyun başa çatdı

25 Fevral 2018 23:04

Türkiyə Super Liqasında “Beşiktaş” klubu doğma meydanda “Fənərbaxça”nı qəbul edib. Gərgin keçən oyun 3-1 “Beşiktaş”ın qələbəsi ilə başa çatıb. “Qara qartallar”ın qollarını Vida və Rikardo Quareşma (2) vurub.

Türkiyə Afrin əməliyyatlarını dayandırdı?

25 Fevral 2018 23:00

BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” elan etməsi “Zeytun budağı” əməliyyatına təsir göstərməyəcək. Bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

ABŞ Pxenyanla danışıqlara gedir: Denuklarizasiya...

25 Fevral 2018 22:58

Baxacağıq, Şimali Koreya administrasiyası bu günki açıqlaması ilə ilk addımda denuklarizasiyaya hazırdırmı...

Xəstəlik Əməkdar artisti tanınmaz hala saldı

25 Fevral 2018 22:56

Aktyor, Əməkdar artist Rafiq Hüseynov ağır xəstəlikdən əziyyət çəkir. Bir qrup aktyor həmkarı əməkdar artisti ziyarətə gedib. Videodan da aydın görünür ki, aktyor tanınmaz hala düşüb, üstəlik çətinliklə danışır.

Yunanlara xəbərdarlıq: Türkiyəyə gücünüz çatmaz...

25 Fevral 2018 22:46

Rumıniyanın ana müxalifət partiyası – AKEL-in rəhbəri Andros Kiprianu Aralıq dənizində faydalı yataqlara görə yaranan gərginlikdən dolayı Kipr Respublikasının prezidenti Nikos Anastasiadisə xəbərdarlıq edib.

Paşayevadan Makrona etiraz: Ədalətsiz qərar...

25 Fevral 2018 22:31

İstanbulda İSTAD-ın Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva dünyanın hər yerində yaşayan diasporumuza və diaspor təşkilatlarına çağırış edib. O, Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı heç bir tarixi əsası olmayan ədalətsiz açıqlamalarından, Hollandiya Parlamentinin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib, bu ədalətsizliyə hamımız harda doğulub harada yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar öz etiraz səslərini ucaltmalıdır deyib.

Ermənistanda zəlzələ - 3,3

25 Fevral 2018 22:24

Ermənistanın cənubunda yerli vaxtla 17:00 radələrində zəlzələ baş verib.  Yeraltı təkanlar İrəvandan 100 km cənubda yerləşən Elpin yaşayış məntəqəsində qeydə alınıb.Bildirilib ki, zəlzələnin maqnitudası 3,3-ə qədər çatıb.

Berlin kino festivalının əsas mükafatçısı məlum oldu

25 Fevral 2018 22:10

 “Toxunma” (Touch Me Not) filmi 68-ci Berlin kino festivalının baş mükafatı olan “Qızıl ayı”ya layiq görülüb. Bunu şənbə günü festivalın münsiflər heyəti təntənəli mərasimdə elan edib. “Toxunma” filmi Rumıniya, Almaniya, Çexiya, Bolqarıstan və Fransa kinematoqrafçılarının birgə layihəsidir. Filmin rejissoru rumın Adina Pintiliye çoxdandır xaricdə yaşayır və ingilis dilində filmlər çəkir.

“Art Tower”də növbəti sərgi Xocalıya ithaf ediləcək

24 Fevral 2018 21:34

Fevralın 26-da “Art Tower” rəsm qalereyasında Xocalı faciəsinin 26-cı il dönümünə həsr olunmuş rəsm sərgisi açılacaq. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunacaq.