Berlin kino festivalının əsas mükafatçısı məlum oldu

 “Toxunma” (Touch Me Not) filmi 68-ci Berlin kino festivalının baş mükafatı olan “Qızıl ayı”ya layiq görülüb. Bunu şənbə günü festivalın münsiflər heyəti təntənəli mərasimdə elan edib. “Toxunma” filmi Rumıniya, Almaniya, Çexiya, Bolqarıstan və Fransa kinematoqrafçılarının birgə layihəsidir. Filmin rejissoru rumın Adina Pintiliye çoxdandır xaricdə yaşayır və ingilis dilində filmlər çəkir.

"Toxunma" (Touch Me Not) filmi 68-ci Berlin kino festivalının baş mükafatı olan "Qızıl ayı"ya layiq görülüb. Bunu şənbə günü festivalın münsiflər heyəti təntənəli mərasimdə elan edib.

"Toxunma" filmi Rumıniya, Almaniya, Çexiya, Bolqarıstan və Fransa kinematoqrafçılarının birgə layihəsidir. Filmin rejissoru rumın Adina Pintiliye çoxdandır xaricdə yaşayır və ingilis dilində filmlər çəkir. Münsiflər heyətinin seçimi tənqidçilər üçün əsl sürpriz olub. Filmdə öz fobiyaları ilə mübarizə aparan 50 yaşlı Loranın keçdiyi yoldan danışılır.

Fevralın 15-də start götürən nüfuzlu Berlin kino festivalında 385 film nümayiş olunub və onların 24-ü əsas müsabiqədə iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31