Gündəm

“Grammy” mükafatının qalibi Bakıda konsert verəcək

26 Fevral 2018 10:00

Tanınmış böyük britaniyalı ifaçı Coss Stoun “Ümumi dünya turu” çərçivəsində ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək. “Live in the Land of Fire” adlı konsert proqramı martın 3-də “The Landmark”ın Rotunda Cazz klubunda keçiriləcək. Konsertin əsas missiyası planetimizin hər bir ölkəsində universal musiqi dilini anlamaq və öyrənməkdir.

Kürd Şahinlər Afrinə girir: PKK-ya ZƏRBƏ

26 Fevral 2018 09:50

Azad Suriya Ordusunun tərkibindəki Kürd Şahinleri Afrində davam edən "Zeytin Budağı" əməliyyatına qoşulacaq. “Qırmızı berelilər” kimi tanınan briqadanın Afrinin mərkəzinin mühasirəsində və buradakı əməliyyatlarda yer alacağı gözlənilir. Əməliyyat çərçivəsində 400 nəfər kürd və 200 nəfər ərəb əsgərlərdən ibarət olan ordu Türkiyə ilə birlikdə PKK / YPG və İŞİD terror qruplaşmalarına qarşı mübarizə aparacaq. Xüsusi təlimlər keçmiş döyüşçülərin yaxın zamanda Afrin bölgəsinə göndərilməsi gözlənilir.

"Xocalı soyqrımı əmrini Sarkisyan verib"- "Nezavisimaya qazeta"

26 Fevral 2018 09:28

Rusiya mətbuatının aparıcı KİV-dən biri olan "Nezavisimaya qazeta" Xocalı soyqırımının 26-cı ildönünümü ilə bağlı məqalə dərc edib. "Xocalı faciəsinə etinasız yanaşma qəbulolunmazdır" başlıqlı məqalədə soyqırım haqqında qandonduran məqamlar və bu dəhşətli hadisələrin cəzasız qalmasının gələcəkdə dünyanın başqa yerlərində də təkrarlanmasına gətirib çıxaracağı vurğulanıb:

İrəvanda olan turist “çay pulu”nu Azərbaycan qəpiyi ilə ödədi

26 Fevral 2018 09:18

Ermənistanın paytaxtı İrəvanda kafelərdən birində qəribə hadisə baş verib. Özünü amerikalı kimi təqdim edən müştəri ofisianta Azərbaycan məzənnəsi ilə “çay pulu” verib. Pivə içən turist ona qulluq edən ofisianta hesabdan əlavə 5 qəpik verərək kafeni tərk edib.

“Muğam Dünyası” klubu Şəhidlər muzeyində oldu

26 Fevral 2018 09:11

Olaylar.az bildirir ki, tədbir “Xocalıya Ədalət” kompaniyası çərcivəsində,”26 il Xocalı bugünkü gəncliyin gözü ilə” adlı tədbir keçirilib. “Həqiqət” tarixi araşdırmalar İctimai birliyi , ƏSMID nəzdində Muğam Dünyası klubu, Milli Azərbaycan Tarixi Muzeyinin muzeyşunaslar və muzey sevərlər klubunun dəstəyi ilə Şəhidlər muzeyini ziyarət etdilər . Muğam Dünyası klubunun sədri Nicat Müslümov çıxış edərək Xocalı faciəsindən söz açaraq bildirib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

Şirvanşahlar dövlətinin tarixindən bəhs edən sərgi

26 Fevral 2018 09:04

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılıb. Olaylar.az bildirir ki, tədbirdə mədəniyyət və incəsənət xadimləri, tarixçi alimlər, muzey əməkdaşları, muzeyin “Gənc muzeysevərlər və muzeyşünaslar klubu”nun üzvləri iştirak ediblər. Açılış mərasimində çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərginin məqsədinin tariximizin önəmli səhifələrindən olan Şirvanşahlar dövlətinin siyasi, inzibati, iqtisadi, hərbi xüsusiyyətlərini, əldə etdiyi nailiyyətləri tamaşaçılara çatdırmaq olduğunu bildirib.

Məşhur Türk filmi Bakıda 

26 Fevral 2018 08:59

Nizami Kino Mərkəzində martın 2-də Türkiyənin məşhur “Babam və oğlum” filmi nümayiş olunacaq. Rejissoru və ssenari müəllifi Çağan İrmak olan ekran əsərində Çetin Tekindor, Hümeyra Akbay, Fikret Kuşkan, Özge Özberk və digər tanınmış aktyorlar çəkilib.

Litvada Xocalı soyqırımının anım mərasimi keçirildi

26 Fevral 2018 08:58

"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Litvadakı Səfirliyinin dəstəyi ilə Klaypeda azərbaycanlılarının "Azəris" Cəmiyyəti soyqırıma həsr edilmiş anma mərasimi keçirib. Azərbaycan Respublikasının Litvadakı Səfirliyindən  verilən məlumata görə, Klaypeda şəhərinin Milli mədəniyyətlər sarayında keçirilən tədbirdə şəhər administrasiyasının nümayəndələri, xarici ölkələrin fəxri konsulları, milli icmaların rəhbərləri, yerli sakinlər və soydaşlarımız iştirak ediblər.

Firdovsi Umudov: “Xocalı soyqırımı ərəfəsində ermənilərə uduzmağa haqqımız yox idi”

26 Fevral 2018 08:56

"İlin əvvəlindən əsas məqsədimiz hazırlıqları maksimum keyfiyyətlə başa vurub, qarşıdan gələn yarışlarda uğurla çıxış etməkdir. Bu turnirdə iştirak da hazırlığımızın tərkib hissəsidir. Turnirə qədər isə Qazaxıstan və Türkmənistan yığmaları ilə birgə iki təlim-məşq toplanışı keçmişik. Komandalarımız Avropa çempionatına qədər də daha bir neçə təlim-məşq toplanışına qatılacaq".

Suriyada dinc sakinlər həlak oldu

26 Fevral 2018 08:55

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bazar günü Suriyanın iki yaşayış məntəqəsinə - Əş Şaafa və Zahrat-Alvaniyə hava zərbəsi endirib. Hücum nəticəsində 29 dinc sakin həlak olub. Onların əksəriyyəti qadınlar və uşaqlardır.

Qahirədə Xocalı qurbanları anıldı - FOTO

26 Fevral 2018 08:53

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin və burda fəaliyyət göstərən “Vətənpərvər” diaspora təşkilatları birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Bu barədə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

Britaniyada güclü partlayış - Yaralılar var - FOTO

26 Fevral 2018 08:52

Böyük Britaniyanın Lester şəhərində yaşayış binasında baş vermiş güclü partlayış nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti kritikdir. Şəhər polisi "ciddi insident" baş verdiyini bildirərək, təffərüatları açıqlamaqdan imtina edib. Məlumata görə, hadisə yerinə 6 yangınsöndürmə briqadası cəlb edilib.

Sumqayıtda özünü 14 mərtəbəli binadan ataraq intihar edənin kimliyi bilinib - 18 yaşı varmış...

25 Fevral 2018 23:17

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərində 14 mərtəbəli yaşayış binasından bir nəfər özünü ataraq intihar etmişdi. İntihar edən kişinin şəxsiyyəti məlum olub. Bu, 2000-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Poladzadə Mehti Firudin oğludur. Faktla bağlı araşdırma aparılır.