“Grammy” mükafatının qalibi Bakıda konsert verəcək

Tanınmış böyük britaniyalı ifaçı Coss Stoun “Ümumi dünya turu” çərçivəsində ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək. “Live in the Land of Fire” adlı konsert proqramı martın 3-də “The Landmark”ın Rotunda Cazz klubunda keçiriləcək. Konsertin əsas missiyası planetimizin hər bir ölkəsində universal musiqi dilini anlamaq və öyrənməkdir.

Tanınmış böyük britaniyalı ifaçı Coss Stoun "Ümumi dünya turu" çərçivəsində ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək. "Live in the Land of Fire" adlı konsert proqramı martın 3-də "The Landmark"ın Rotunda Cazz klubunda keçiriləcək. Konsertin əsas missiyası planetimizin hər bir ölkəsində universal musiqi dilini anlamaq və öyrənməkdir. R&B və reqqi janrların sintezini edən Coss Stone 12 illik karyerası çərçivəsində ifa etdiyi müxtəlif mahnıları ilə yanaşı, klassik musiqiləri və yeni yazılmış musiqiləri ifa edəcək.

Martın 4-də dünya şöhrətli ifaçı yerli musiqiçilər ilə görüşəcək.

Bakıya səfəri çərçivəsində Coss Stoun, həmçinin yerli xeyriyyə təşkilatları ilə də görüşməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31