Gündəm
Türkiyə səfiri: "Biz Xocalı faciəsinə ədalət istəyirik"
Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin nümayəndə heyəti “Ana harayı” abidəsini ziyarət edib. Xocalı soyqrımının 26-cı ildönümü ilə bağlı səfir Erkan Özoral Azərbaycan xalqına başsağlığı verib: “Bu gün Azərbaycan tarixinin ən ağır günlərindən biri olan Xocalı soyqrımından 26 il il ötür.
İran və İsrailin fevral toqquşması : böyük savaş başlayır?
2019-cu ildə İranla İsrail arasında böyük müharibə başlaya bilər. Bu iddia ilə “Nəşinəl İnterest” qəzeti çıxış edib. “İran artıq regionda böyük aktivlik göstərir. Onun hərbçiləri və İslam İnqilabı Keşikçiləri Korpusundan olan döyüşçüləri Suriya savaşında iştirak edirlər. İran həmçinin Hizbullahı da dəstəkləyir. Bu il fevralın ilk yarısında İran və İsrail arasında artıq birbaşa toqquşma yaşanıb. Əgər bundan sonra yaranan konflikt sakitləşməsə, İranla İsrail arasında gələn il savaş başlayacaq”.
Ziya Bünyadovun qatili onun ailəsindən üzr istədi
İlham Əliyevin İrəvanla bağlı bəyanatı Ermənistan prezidentinin gündəliyini müəyyənləşdirir
Ermənistan prezidenti S.Sərkisyanın Münhen Təhlükəsizlik Konfransında iştirakı sürpriz və ya sensasiya kimi dəyərləndirilməlidir. Çünki belə tədbirlərdə iştirak etmək Ermənistanın maraqlarına uyğun deyil. Bu təkcə maliyyə imkanlarının azlığı ilə əlaqəli deyil. Belə tədbirlərdə çox kəskin suallar verilə bilər. O kontekstdən S.Sərkisyan Münhen konfransına gedərək panel iclaslarına qatılması xüsusi hal kimi dəyərləndirilməlidir.
Nazirdən yaşıllıqların qorunması ilə bağlı iş adamlarına XƏBƏRDARLIQ
“Yaşıllıq olan ərazilərdə biznesmenlər, iş adamları daha diqqətli olmalı, şüurlu düşünməli və belə ərazilərdə iş görməməlidirlər. Nazirliyə tapşırılıb ki, bu cür variantların qarşısını almaq üçün zəruri tədbirlər görülsün. Nazirlik bu məsələ ilə bağlı polis orqanları ilə əməkdaşlıq edir. Qanusuz ağac kəsimləri ilə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən tapılıb cəzalandırılır".
Roma Papasından Xocalıda soyqırımı törədən ermənilərə ŞOK MƏXFİ MƏKTUB: “İmkan olarsa...”
Keçmiş Roma Papası II İohan Pavel 1992-ci il Xocalı soyqırımından sonra bu qətlimı törədən ermənilərə məxfi məktub göndəribmiş. II İohan erməniləri yaratdığı Dağlıq Qarabağ özünümüdafiə dəstələri və rus qoşun birləşmələrinin generallarına məxfi məktubunda Xocalıda baş verənləri “din uğrunda savaş” adlandırır və yazır: “İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəm”.
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Azərbaycanı bu il “Eurovision” beynəlxalq mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan müğənni Aysel Məmmədova Xocalı faciəsindən 26 il keçməsi ilə əlaqədar olaraq yeni kompozisiyasını təqdim edib. Bəstəsi Aysel Məmmədovaya aid olan kompozisiya “Wistfulness” (Kədər) adlanır. Aysel layihəsi ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, Xocalıda yaşanan vəhşiliyi dünyaya çatdırmaq üçün bu əsəri yazmağa qərar verib: “Kompozisiya Xocalı faciəsində dünyasını dəyişənlərin xatirəsinə həsr edilib.
Xocalı haqqında Zori Balayandan TÜKÜRPƏDİCİ ETİRAF
Xocalı soyqırımının ildönümü günündə növbəti dəfə erməni yazarlarının etirafaları yada düşür. Hesab edirik ki, bu soyqırımın nə qədər dəhşətli olduğunu təsəvvür etməkdən ötrü ermənilərin fəxarətlə yazdıqları bu etiraflardan tutarlı fakt ola bilməz.
Türk ordusunun son zəfəri: Afrinin xəritəsi dəyişdi - FOTOLAR
Türkiyə Silahlı Qüvvələrinin Afrində terrorçulardan azad etdiyi son 5 kənd strateji cəhətdən kritik önəmə sahib olub. Son azad edilən kəndlərlə birlikdə türk ordusu şimaldakı cəbhələri birləşdirib. Beləliklə daha bir istiqamətdə terrorçuların Türkiyə sərhədi ilə əlaqəsi kəsilib. Bununla da eyni zamanda Racu-Bülbül xətti birləşdirilib.
Novruz Məmmədov: "Ermənistanın faşist rəhbərliyi unutmamalıdır ki, haqq-ədalət zəfər çalacaq"
Ermənistanın faşist rəhbərliyi unutmamalıdır ki, gec-tez haqq-ədalət zəfər çalacaq. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb. N.Məmmədov qeyd edib: "1992-ci ildə Ermənistanın hazırkı faşist rəhbərliyinin də iştirakı ilə Xocalıda törədilən soyqırım və vəhşilikləri qınayan dövlətlərin sayı ildən-ilə artır. Ancaq onlar unutmamalıdırlar ki, gec-tez haqq-ədalət zəfər çalacaqdır!".
Azərbaycan filmi beynəlxalq festivalda uğur qazanıb
Rusiyanın Kazan şəhərində keçirilən “ZILANT” beynəlxalq kinofestivalının finalçıları arasında azərbaycanlı rejissor Murad Əbiyevin “Dəniz suyu içən it” filmi də nümayiş edilib. Ekran işi “Qısametrajlı film” kateqoriyasında “Ən yaxşı rejissor işi” nominasiyasında qalib olub. Qalibləri Rusiyanın aparıcı kinorejissoru Andrey Selivanov mükafatlandırıb. Filmi, ssenari müəllifi və prodüser Lalə Əliyeva-Klıçkova təqdim edib. O, ekran işi barədə danışıb və Azərbaycan filmini beynəlxalq festivalda təqdim etməkdən qurur hissi duyduğunu qeyd edib.
Binəli Yıldırım: "Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidirlər"
Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidirlər. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlamasında bildirib. B.Yıldırım bildirib ki, Xocalı qətliamından 26 il keçməsinə baxmayaraq, bu qanlı faciəni törədənlər hələ də qanun qarşısında cavab verməyiblər: "Ermənistanın işğalçı siyasəti bir milyondan çox dinc insanın öz evlərini tərk etməsinə səbəb olub. Türkiyə olaraq, qardaş Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalını sərt bir şəkildə qınayırıq və hər zaman Azərbaycanın yanında olduğumuzu bir daha vurğulayırıq”.
Şikayət yerində araşdırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Kaliforniya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi bir sıra yerli ictimai kanallarda nümayiş etdirilir. Qeyd edək ki, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir. Olaylar.az bildirir ki, sənədli filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir.
Vatsapda daha bir YENİLİK
Vatsap messenceri iOS, Android və Windows sistemlərlə təchiz edilmiş smartfonlar üçün yeni funksiya hazırlayıb. Üzərində uzun zamandır çalışılan funksiya artıq istifadəyə verilib. Belə ki, mütəxəssislər feysbuk messencerindən ilhamlanaraq vatsapda da qrup söhbətləri üçün xüsusi bölmə yaradıblar. Vatsapda qrup söhbətlərini daha aydın və rahat etmək məqsədilə, yuxarı tərəfdə kiçik pəncərədə qrupun kim tərəfindən yaradıldığı, hansı məqsədlə yaradıldığı və şərh bölməsi qoyulub.














