Gündəm
Ata uşaqlarına analarının öldüyünü demişdi: həqiqət hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
İraqlı Raed Saed Abdull fırıldaqçılıqdan həbs olunmamaq üçün 2017-ci ildə İraqdan Türkiyəyə qaçıb. Trabzonda uşaqlarını diləndirən və onlara analarının öldüyünü söyləyən Abdullah pul vermədiyi üçün uşağını döyüncə, 22 yanvarda oğlu polisə şikayət edib.
Suriyada kimyəvi silah qalmaqalı: Kim düz deyir?
Rusiya Müdafiə Nazirliyi Suriyanın Şərqi Quta vilayətində atəşkəsin pozulması barədə məlumat yayıb. Məlumatda Şərqi Qutada fəaliyyət göstərən "Ceyş əl İslam" qruplaşmasının atəşkəsi pozduğu qeyd olunub. Bildirilib ki, atəşkəsin pozulması nəticəsində 13 mülki vətəndaş yaralanıb.
Boksçularımız 4 qızıl, 2 gümüş medalla qayıdır
Gənc boksçulardan ibarət Azərbaycan yığması Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb. Azərbaycan Boks Federasiyasından bildirilib ki, baş məşqçi Vaqif Şirinov Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda 15 idmançıya şans verib.
2 aydır yoxa çıxan 13 yaşlı uşağı anası sevgilisi ilə öldürüb - VİDEO
ABŞ-ın Nyu Mexiko ərazisində sevgilisinin 13 yaşlı oğlu Ceremiah Valensiaya təcavüz edən, sonra da uşağı öldürüb cəsədi yandıran şəxs ilə ona kömək edən uşağın anası saxlanılıb.
Rusiyanın 2 min ABŞ əsgərini öldürməsi yalanı: əsl həqiqət...
Rusiaynın Su-57 təyyarələrinin ABŞ-ın 2 min hərbçisini Şərqi Qutada məhv etməsi xəbəri reallığı əks etdirmir. Bu iddia ilə “Riafan.ru” saytı çıxış edib. Sayt bu informasiyanın sadəcə təbliğat vasitəsi olduğunu bildirib: “S-57 həqiqətən bir neçə gün əvvəl Suriyaya gəlib. Lakin heç bir mənbə, o cümlədən hərbi birləşmələrin media mərkəzləri Şərqi Qutaya təyyarələrin hücumunu təsdiqləmir. Əslində ABŞ hərbçiləri Xüms vilayətinin cənubundakı Ət-Tanfda, eləcə də Şimali və Şərqi Suriyadakı kürd birləşmələrinin nəzarətindəki bölgələrdə yerləşirlər. Digər tərəfdən, ABŞ hərbçiləri heç vaxt bu qədər sayda əsgəri qüvvədən hətta Rakka və Mosul kimi əməliyyatlarda istifadə etməyib”.
İngiltərədə partlayış və yanğın: 4 ölü, ev darmadağın oldu- VİDEO
İngiltərənin Lester şəhərinin mərkəzində güclü partlayış və yanğın olub. Olay Karlayl və Hinkli Roud küçələrinin kəsişməsindəki evdə baş verib. Əslən Polşadan olan ailəyə məxsus evin birinci mərtəbəsindəki dükanda partlayış olub. Az sonra ev yanmağa başlayıb. Ev dağılıb.
İlk dərslər Xocalı soyqırımına həsr olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində fevralın 26-sı ilk dərslər Xocalı soyqırımına həsr olunub. “OLAYLAR” xəbər verir ki, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunan dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.
Xocalı faciəsi qurbanlarının xatirəsi Birləşmiş Ərəb Əmirliklərində anılıb
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində Xocalı faciəsi qurbanlarının anım tədbiri keçirilib. Səfirlikdən “OLAYLAR”-a bildirilib ki, tədbirdə səfir Daşqın Şikarov, Azərbaycanın Dubay şəhərində Baş konsulu Cavidan Hüseynov, səfirliyin və baş konsulluğun əməkdaşları, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev, Abu Dabi və Dubay əmirliklərində yaşayan həmvətənlərimiz iştirak ediblər.
Misir mətbuatında Xocalı faciəsi haqqında yazı dərc edilib
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun Misirin “alwasela.com” saytında “Xocalı Soyqırımı - XX əsrin faciəsi” sərlövhəli məqaləsi yayılıb.
Türkiyədə üztərəfli görüş keçiriləcək
Millət vəkili Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Sevinc Fətəliyeva və Cavanşir Feyziyevlə birlikdə fevralın 26-dan martın 1-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.
Türkiyənin Uşak Universitetində Xocalı qurbanları anılıb
Türkiyənin Uşak Universitetində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Uşak şəhər təmsilçiliyinin azərbaycanlı tələbələrinin təşkilatçılığı və İNDEX - Azərbaycan insan kapitalı və inkişaf mərkəzinin dəstəyi ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə universitetin müəllimləri, müxtəlif ölkələrdən olan tələbələr, Azərbaycan icmasının nümayəndələri, yerli ictimaiyyətin təmsilçiləri iştirak edib.
Məşhur aktyorun həyatı təhlükədə
Türkiyənin məşhur aktyoru Kadir İnanır növbəti dəfə əməliyyat olunacaq. Olaylar.az bildirir ki, fevralın 11-də beyinə gedən damar tıxanıqlığı səbəbindən əməliyyat olunan aktyor növbəti əməliyyata hazırlaşır. Həkimlərin sözlərinə görə bu əməliyyat aktyorun həyatı üçün təhlükəlidir.
Mövlud Çavuşoğlu: “Xocalı qətliamını unutmadıq”
"Xocalı qətliamının təkrar yaşanmasına əsla izin verməyəcəyik". “OLAYLAR” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq özünün facebook səhifəsində yazıb.
Bakıda marketdən çörək alan qadın həyatının şokunu yaşadı - Siçan məndən qabaq... - FOTO
Dilşad adlı Bakı sakini marketdən aldığı çörəyi evdə paketdən çıxararkən qarşılaşdığı mənzərə qarşısında məəttəl qalıb. Qadın çörəyin bir hissəsinin siçan tərəfindən yeyildiyini görüb. Bu barədə xanım sosial şəbəkə hesabında məlumat verib.
Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb
"Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 26 il əvvəlXocalıda üzləşdiyi qəddar hücum və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir və bu kədəri paylaşırıq". Məlumata görə, bu barədə Türkiyə XİN-in Xocalısoyqırımının ildönümü ilə bağlı bəyanatında deyilir. “Bu qətliamı və Azərbaycan torpaqlarının illərlə davam edən işğalını şiddətlə qınayırıq”, - deyə bəyanatda bildirilir.










.jpg)



