Xocalı faciəsi qurbanlarının xatirəsi Birləşmiş Ərəb Əmirliklərində anılıb

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində Xocalı faciəsi qurbanlarının anım tədbiri keçirilib. Səfirlikdən “OLAYLAR”-a bildirilib ki, tədbirdə səfir Daşqın Şikarov, Azərbaycanın Dubay şəhərində Baş konsulu Cavidan Hüseynov, səfirliyin və baş konsulluğun əməkdaşları, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev, Abu Dabi və Dubay əmirliklərində yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində Xocalı faciəsi qurbanlarının anım tədbiri keçirilib. Səfirlikdən "OLAYLAR"-a bildirilib ki, tədbirdə səfir Daşqın Şikarov, Azərbaycanın Dubay şəhərində Baş konsulu Cavidan Hüseynov, səfirliyin və baş konsulluğun əməkdaşları, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev, Abu Dabi və Dubay əmirliklərində yaşayan həmvətənlərimiz iştirak ediblər. Tədbirdə səfir Daşqın Şikarov çıxış edərək tək Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı törədilmiş amansız Xocalı soyqırımı barədə danışıb, bu qanlı gecədə həlak olanlar barədə bir daha məlumat verib. Səfir, Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü bildirib.

Azərbaycanın Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi Elnur Əliyev Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan dövlətinin, diplomatik nümayəndəliklərinin və diaspor təşkilatlarının çox işlər gördüyünü, lakin bu həqiqətlərin ilk növbədə Azərbaycanın gələcək nəsillərinə çatdırılmasının, xalqımıza qarşı törədilmiş bu vəhşiliyin yaddaşlardan silinməsinə imkan verilməməsinin zəruri olduğunu bildirdi, məhz bu səbəbdən belə tədbirlərə daha çox həmvətənlərimizin cəlb edilməsinin vacibliyini vurğuladı.

Sonra BƏƏ-də yaşayan həmvətənlərimizindən iş adamı, təqaüddə olan hərbçi Adil Salmanov, Mediamost mətbuat qrupunun jurnalisti Əliheydər Rzayev, AJ Widian parfümeriya şirkətinin direktor müavini Ayaz Əliyev çıxış edərək, Xocalı faciəsi və Qarabağ müharibəsi ilə bağlı təəssürat və fikirlərini paylaşdılar, vətəndən uzaqda yaşamaqlarına baxmayaraq, bu həqiqətlərin daim əhatə olunduqları əcnəbilərə çatdırmağa çalışdıqlarını bildirdilər.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, ermənilərin Azərbaycana qarşı tarixi 200 il öncəyə gedib çıxan torpaq iddiası və təcavüz siyasətini, Qarabağ müharibəsi və Xocalı soyqırımını, şəhid jurnalist Çingiz Mustafayevin lentə aldığı, bir çox kütlələrə naməlum olan, erməni vəhşiyinin tam açıqlığı ilə əks olunduğu kadrları əhatə edən film nümayiş etdirilib. Filmdən sonra şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31