Suriyada kimyəvi silah qalmaqalı: Kim düz deyir?
Rusiya Müdafiə Nazirliyi Suriyanın Şərqi Quta vilayətində atəşkəsin pozulması barədə məlumat yayıb. Məlumatda Şərqi Qutada fəaliyyət göstərən "Ceyş əl İslam" qruplaşmasının atəşkəsi pozduğu qeyd olunub. Bildirilib ki, atəşkəsin pozulması nəticəsində 13 mülki vətəndaş yaralanıb.
26 Fevral 2018 12:21 DünyaRusiya Müdafiə Nazirliyi Suriyanın Şərqi Quta vilayətində atəşkəsin pozulması barədə məlumat yayıb. Məlumatda Şərqi Qutada fəaliyyət göstərən "Ceyş əl İslam" qruplaşmasının atəşkəsi pozduğu qeyd olunub. Bildirilib ki, atəşkəsin pozulması nəticəsində 13 mülki vətəndaş yaralanıb.
"Sübutlar göstərir ki, Şərqi Qutadakı qanunsuz silahlı qruplaşmalar hökümət qüvvələrini mülki vətəndaşlara qarşı kimyəvi silahların istifadəsində günahlandırmaq üçün zəhərli maddələrdən istifadə edərək təxribat hazırlayırlar", - nazirliyin bəyənatında deyilir.
Al Jazeera isə yazır ki, fevralın 4-də Rusiya aviasiyasının dəstəyi ilə Əsəd qoşunları Şərqi Qutaya hücuma keçiblər. Məkan amansızcasına bombalanıb, aviasiya və artilleriya zərbələrinə məruz qalıb. BMT-nin insan haqları üzrə ali komissarı Zeyd əl Hüseynin dediyinə görə, son 20 gündə bombardmanlarda ən azı 346 dinc sakin həlak olub, 878 nəfər yaralanıb.

Qeyd edək ki, Dəməşq ətrafındakı Şərqi Qutanın Suriya ordusu tərəfindən bombalanması və çoxlu sayda qadın və uşağın ölümü dünya ictimaiyyətində ciddi narahatlıq doğurub. BMT Təhlükəsizlik Şurası fevralın 24-də Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnamə qəbul edib.

Sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir. Milli.az Sputniknews-a istinadla xəbər verir.