Mövlud Çavuşoğlu: “Xocalı qətliamını unutmadıq”
"Xocalı qətliamının təkrar yaşanmasına əsla izin verməyəcəyik". “OLAYLAR” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq özünün facebook səhifəsində yazıb.
26 Fevral 2018 11:58 Siyasət"Xocalı qətliamının təkrar yaşanmasına əsla izin verməyəcəyik". "OLAYLAR"
xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq özünün facebook səhifəsində yazıb.
Qardaş ölkənin xarici siyasət idarəsinin rəhbəri daha sonra bunları qeyd edib: "Erməni gücləri, 26 fevral, 1992-ci ildə Azərbaycan torpağı olan Dağlıq Qarabağdakı Xocalı qəsəbəsində yüzlərlə azərbaycanlını, günahsız qardaşlarımızı, soydaşımızı vəhşicəsinə qətlə yetirdi. Xocalı qətliamını unutmadıq, unutdurmayacağıq. Tekrar yaşanmasına da əsla izin verməyəcəyik".