Məşhur aktyorun həyatı təhlükədə

Türkiyənin məşhur aktyoru Kadir İnanır növbəti dəfə əməliyyat olunacaq. Olaylar.az bildirir ki, fevralın 11-də beyinə gedən damar tıxanıqlığı səbəbindən əməliyyat olunan aktyor növbəti əməliyyata hazırlaşır. Həkimlərin sözlərinə görə bu əməliyyat aktyorun həyatı üçün təhlükəlidir. 

Onlar İnanırın əməliyyatdan sonra iflic ola biləcəyini söyləyirlər. İkinci əməliyyatı edəcək həkim Ergun Demirsoy jurnalistlərə açıqlamasında bunları deyib: 

"Analizlər nəticəsində beyinə gedən şah damarda ciddi zədələnmə müşahidə etdik. O damarı təmizləyəcəyəm. Ancaq beyinə gedən bir damar olduğu üçün əməliyyat əsnasında iflic qalma riski var. O səbəbdən çox diqqətli olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31