Gündəm

Terrorçular üçün ƏN PİS XƏBƏR

26 Fevral 2018 13:29

Müdafiə Nazirliyinin əmrinə verilən Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri Afrinə girib. Birliklər “Zeytin budağı” hərəkatı çərçivəsində təmizlənən kəndlərə terrorçuların sızmasının qarşısını alacaq və yaşayış məntəqələrində əməliyyatlara qatılacaq.

Türkiyədə DƏHŞƏTLİ PARTLAYIŞ olacaq, ölkə qarışacaq

26 Fevral 2018 13:27

İraq və Suriyada çətin vəziyyətdə olan İŞİD Türkiyədə baza quracaq və buradan Qərbə hücuma hazırlaşacaq. Bu barədə Pentaqonun “RAND Corporation” analitik şirkətinin hesabatında bildirilib. Məlumata görə, İŞİD üzvləri Avstraliyadan dəhşətli partlayış gücünə malik olan elektron cihaz sifariş edib və artıq Türkiyədə böyük partlayış törətmək niyyətilə uyğun məntəqənin seçilməsi üçün kəşfiyyat işlərinə başlayıb. Bu partlayışdan sonra ölkənin qarşıdurma meydanına çevriləcəyi bildirilib.

İtaliyada Sibir siklonu həyatı iflic etdi

26 Fevral 2018 13:13

İtaliyada ərazisində kəskin hava şəraiti məktəblərin bağlanmasına, eləcə də digər ciddi problemlərə səbəb olub. Məlumata görə, paytaxt Romada 5 santimetr hündürlüyündə qar yağıb. Şəhərdə məktəblər bağlanıb. Yollarda ləngimələr müşahidə olunur. Hava limanlarında reyslərin gecikdiyi barədə məlumat verilib.

İstanbulda Azərbaycan Dostluq Parkı və Xocalı abidəsinin açılışı olub

26 Fevral 2018 13:11

Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində qardaş Türkiyə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməkdədir. Bununla kifayətlənməyən qardaş ölkə ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciə qurbanlarının xatirəsini əbədiləşdirmək istiqamətində də mühüm addımlar atmaqdadır.

Həmas: "Kilsələrə vergi qoymaq dini müharibədir"

26 Fevral 2018 13:09

ABŞ-ın İsrailin paytaxtı kimi tanıdığı Qüdsün bələdiyyəsinin ərazidəki kilsələrin bundan sonra vergi verəcəyinə dair bəyanatı yeni gündəm yaradıb. Həmas təşkilatı bu qərarın İslama qarşı mübarizənin davamı və ABŞ siyasətinin bir təzahürü olduğunu bildirib.

“Bu halda, ABŞ və Türkiyə arasında müharibə başlayacaq” – ŞOK XƏBƏRDARLIQ

26 Fevral 2018 13:05

“ABŞ-ın Suriyada sərgilədiyi mövqedə olan ziddiyyətlər artıq davam etdirilə bilməz”. Bu haqda İngiltərənin “Financial Times” qəzeti yazıb. Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD terror təşkilatına verdiyi dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.

DAK İran azərbaycanlılarına dəstək bəyanatı yaydı

26 Fevral 2018 12:55

DAK İdarə Heyəti İranda yaşayan xalqların, o cümlədən Azərbaycan türklərinin milli haqları uğrunda mübarizələrini dəstəkləyən bəyanat yayıb. “OLAYLAR”-a daxil olan bəyanatda deyilir ki, dünya ölkələrinə səpələnmmiş soydaşlarımız adından İranda yaşayan soydaşlarımızın Ana dili hərəkatını bəyənir və müdafiə edirik. Ana dilinin tədrisi, öyrədilməsi və qorunması uğrunda İran türklərinin apardıqları mübarizə xalqın ölüm-dirim məsələsidir; çünki xalqın öz dilində danışması və oxuması onun həyatının təbii və ən zəruri tələblərindən biridir.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş turnir keçirilib

26 Fevral 2018 12:52

Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Respublika şahmat turnirinə start verilib. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, turnirin keçirilməsində məqsəd Xocalı soyqırımı haqqında gənc şahmatçıları məlumatlandırmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirilmək, dostluq və idman əlaqələrinin möhkəmləndirməkdən ibarət olub.

Sidney sakinləri Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb

26 Fevral 2018 12:49

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində məlumatlandırma aksiyası keçirilib. “OLAYLAR”-a DİDK-dən bildirilib ki, Avstraliya Azərbaycan Assosiasiyası Birliyinin sədri Mikayıl Oytanın təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində şəhərin mərkəzində Xocalı soyqırımını, erməni vəhşiliklərini əks etdirən stendlər qurulub. Stendlərdə erməni hərbi birləşmələrinin 1992-ci ilin fevralında bir gecədə Xocalı şəhər sakinlərinə qarşı həyata keçirdiyi amansız qətliam və vəhşiliklər barədə məlumatlar əksini tapıb.

Xəzərdə dənizçi itkin düşdü - FHN helikopter göndərdi

26 Fevral 2018 12:47

Dünən axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən "TARADİS" yük gəmisinin Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində olarkən 1 nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.

Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edilib

26 Fevral 2018 12:42

Avropa Parlamentində (AP) yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib. Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı Qətliamı ilə bağlı Avropa Parlamentiçərçivəsində qəbul edilmiş ilk sənəddir.

Yaqub Mahmudov: “Bu gün milli dəyərlərimizə sel kimi basqı var”

26 Fevral 2018 12:41

“Fikrimcə, dünyada gedən proseslərin hansı məcraya yönəlməsi informasiyadan çox asılıdır. Əgər güclü dövlət başçılarının beyninə düzgün informasiya çatarsa, siyasət humanistləşər və bəşəriyyət dinc nəfəs alar. Amma bu, təəssüf ki, belə deyil!”

Bayıl sürüşmə sahəsində yeni araşdırmalara başlanılacaq

26 Fevral 2018 12:39

Bir neçə gün sonra Bayıl yamacında yeni geoloji araşdırmalara başlanılacaq. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Onun sözlərinə görə, geoloji araşdırma üçün evlərdə mayaklar qurulacaq: “Bayıl sürüşmə sahəsində digər geoloji kəşfiyyat işləri aparmağımız üçün bəzi texniki məsələlərin həllini gözləyirik. Ondan sonra kəsiklərin çıxarılması, geofiziki işlər, elektrik və seysmoloji kəşfiyyat həyata keçiriləcək. Texniki məsələlərin yaxın günlərdə həll edilməsini gözləyirik. Sahədə mayak qurulması mümkün deyil. Ona görə evlərdə mayak quracağıq”.

İlham Əliyev Ərdoğanı təbrik etdi

26 Fevral 2018 12:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqının firavanlığı naminə Prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.

Bizi səsləyən Xocalı harayı

26 Fevral 2018 12:28

Erməni işğalçıları tərəfindən törədilmiş hadisəsindən artıq 26 il ötməkdədir. Uzun müddət keçməsinə baxmayaraq o hadisələrin şahidi olmuş Xocalı vətəndaşları üçün bu hadisələr sanki dünən baş vermişdir. Tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı millətlərə qarşı, xüsusilədə müsəlman xalqlara qarşı münasibətdə belə hadisələr gözdən qaçmır. Məlumdur ki, qədim zamanlardan başlayaraq ermənilər türklərə qarşı düşmən münasibətdə olmuş, türklərin yaşadığı arealları ələ keçirməyə çalışmışlar. Onlar bir millət kimi özlərini təsdiq edə bilmədikləri üçün həmişə onlara daha yaxın olan imperialistlərin köməyinə arxalanmışlar. Təsadüfi deyil ki, bu soyqırımının törədilməsində əsas qüvvə rusların 366-cı motoatıcı alayı olmuşdur.