Gündəm
Qoşqar zirvəsinə yürüş başa çatıb
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə 24-25 fevral tarixlərində edilən yürüş uğurla başa çatıb. “OLAYLAR”-a daxil olan məlumata görə, beş nəfərlik alpinist qrupunun yürüşü fevralın 25-də zirvədə “Xocalıya ədalət” posterinin açılması ilə yekunlaşıb.
“Üç övladım gözümün qarşısında dondu, soldu...”
Onlar 1980-ci ildə evlənmişdilər. Ulduzları barışmışdı, gözəl yuva qurmuş, isti ailə ocağı yandırmışdılar. Bu xoşbəxt cütlüyün üç fidan balası vardı. Nəbi 11, Sevinc 8, Raman 7 yaşında idi. Cavan ailə İsaqın valideynləri ilə birlikdə yaşayırdı.
Nuşirəvan Məhərrəmli: "Qanunsuz kabel şəbəkəsi ilə bağlı problemlər çoxdur"
“Kabel televiziyaları bir xidmət sahəsidir. Bu, abonentlə yayımı təşkil edən arasında olan hüquqi məsələdir və hüquqi cəhətdən tənzimlənməlidir. Milli Televiziya və Radio Şurası isə sadəcə, abonent və kabel yayımını təşkil edənlər üçün normal şərait yaradır. Biz bu şəraiti yaratmışıq”.
Aylardır maşınında gizlənirmiş - Bu gün tutuldu
FETÖ imamı aylardır gizləndiyi avtomobilində yaxalanıb. İstanbulda, FETÖ-nün "Ümitcilər" qrupuna daxil olan Mərmərə Dəniz Qüvvələrinin imamı Ersin K. saxlanılıb. Aylardır yatıb-durduğu maşınının içərisində tutulan din xadiminin ev formasına saldığı avtomobilində aparılan araşdırmalarda təşkilata aid gizli məlumatların yer aldığı dəftərçə və içərisində CD kart ələ keçirilib.
Xocalı soyqırımında həlak olmuş uşaqların xatirəsini əbədiləşdirmək üçün 63 ağac əkilib
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib. Məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Azərbayacn və rusdilli məktəblər birləşdirilməlidir
"Orta məktəblərin əsas vəzifəsi ilk növbədə milli Azərbaycan ruhlu, dərin bilikli, geniş dünyagörüşlü vətəndaş yetişdirməkdir. Bunun üçün Azərbayacn və rusdilli məktəblər birləşdirilməli, Azərbaycan - dilli və eyni zamanda 4-dilli təhsil sisteminə keçilməli, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün şagirdlər, o cümlədən rus həmvətənlərimizin uşaqları arasında ilk növbədə Azərbaycan dilinin, tarixinin, ədəbiyyatının və mədəniyyətinin tədrisi ən yüksək səviyyədə təşkil eilməlidir".
“BakuBus”a məxsus avtobusda İpone 6 tapıldı
“BakuBus”a məxsus, 6 saylı marşrut xəttində hərəkət edən 99-JH-259 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinə məxsus qızılı rəngli İpone 6 markalı telefon tapılıb. Bu barədə məlumat “OLAYLAR” -a "BakuBus" MMC-dən daxil olub.
Azərbaycanlı tələbələr Şotlandiyada Abderidində Xocalı aksiyası keçirib
Şotlandiyada təhsil alan azərbaycanlı gənclər Aberdin şəhərinin mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçirib. DİDK-dən “OLAYLAR”-a bildirilib ki, aksiyada azərbaycanlı tələbələrlə yanaşı, orada yaşayan digər soydaşlarımız da iştirak edib. Aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və Xocalı soyqırımını əks etdirən plakatlar tutaraq müxtəlif şüarlar səsləndiriblər.
“Meyitlərin başı kəsilmiş, bədənləri deşik-deşik edilmişdi”
Xocalı viran edilən günün səhəri hamilə bir qadın yanında iki körpə uşağı ilə Ağdamın ,elli kəndinə gəlir. O, qətlə yetirilən həyat yoldaşını və digər qohumlarınını meyitlərini tapmaq üçün Xocalıya qayıtmaq istəyirdi. Şaxta, qar-boran isə nəfəsi kəsirdi...
Roqozin: Rusiyaya qarşı sanksiyalar əbədidir
Qərbin Rusiyaya qarşı sanksiyaları əbədi olaraq qalacaq. Bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiya Baş nazirinin müavini Dmitri Roqozin söyləyib. “Sanksiyalar köhnə düşmənin bizim güclənməyimizə reaksiyasıdır. Bu sanksiyalar bizim yenidən zəifləyəcəyimiz halda üstümüzdən götürüləcək”, – deyə o bildirib.
Buludlu, amma yağmursuz hava
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Piter Teys: “Avropa İttifaqının Xocalı soyqırımına səssiz qalması böyük səhvdir”
Xocalı soyqırımı dünya tarixində faciəvi səhifə və Azərbaycan vətəndaşlarının həyatında ağrılı təcrübədir. Beynəlxalq birlik geriyə baxmalı və Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın unudulmasının necə bağışlanılmaz səhv olduğunu anlamalıdır.
MTRŞ sədri: “Sosial problemli insanlar üzərində şou yaradılması qəbuledilməzdir”
“Özəl telekanallarda maarifləndirci verilişlər demək olar ki, yox dərəcəsindədir” “Telekanallarda şou-proqramlarda bağlı narahatlıq tək bizdə deyil, bütün dünyada mövcuddur. Çox təəssüf ki, dünyada hər şey şoulaşır”. Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
"Qarabağ"ın qapıçısı "500"ü arxada qoydu
"Qarabağ”ın qapıçısı İbrahim Şehiç Premyer Liqadakı "quru oyun"lar seriyasını 6-ya çatdırıb. XVII turun “Kəpəz”lə ev matçında (1:0) da qapısını toxunulmaz saxlayan bosniyalı sonuncu dəfə IX turda qol buraxıb. O, 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə qarşılaşmanın (0:1) 8-ci dəqiqəsində Asif Məmmədovun fərqlənməsinə mane ola bilməyib. Həmin qoldan sonra Şehiç meydanda olduğu matçlarda uğurlu seriyaya imza atıb.














