Azərbayacn və rusdilli məktəblər birləşdirilməlidir

"Orta məktəblərin əsas vəzifəsi ilk növbədə milli Azərbaycan ruhlu, dərin bilikli, geniş dünyagörüşlü vətəndaş yetişdirməkdir. Bunun üçün Azərbayacn və rusdilli məktəblər birləşdirilməli, Azərbaycan - dilli və eyni zamanda 4-dilli təhsil sisteminə keçilməli, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün şagirdlər, o cümlədən rus həmvətənlərimizin uşaqları arasında ilk növbədə Azərbaycan dilinin, tarixinin, ədəbiyyatının və mədəniyyətinin tədrisi ən yüksək səviyyədə təşkil eilməlidir".

"Orta məktəblərin əsas vəzifəsi ilk növbədə milli Azərbaycan ruhlu, dərin bilikli, geniş dünyagörüşlü vətəndaş yetişdirməkdir. Bunun üçün Azərbayacn və rusdilli məktəblər birləşdirilməli, Azərbaycan - dilli və eyni zamanda 4-dilli təhsil sisteminə keçilməli, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün şagirdlər, o cümlədən rus həmvətənlərimizin uşaqları arasında ilk növbədə Azərbaycan dilinin, tarixinin, ədəbiyyatının və mədəniyyətinin tədrisi ən yüksək səviyyədə təşkil eilməlidir". "OLAYLAR" xəbər verir ki, belə bir təkliflər Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan çıxış edib: "Yəni, Azərbaycan dilindən başqa, onunla yanaşı uşaq bağçasından tutmuş orta məktəbi qurtaranadək türk dünyası ilə qovuşmaq naminə Türkiyə türkcəsi, MDB və Rusiya türklərini anlamaq, onlarla ünsiyyət və mədəni qovuşma üçün rus dili, bütün ingilis - dilli dünya ədəbiyyatını, elmini, mədəniyyətini mənimsəmək və dünyada xalqımıza layiq yüksək yerimizi tutmaq üçün ingilis dili ən yüksək səviyyədə tədris edilməlidirlər. Budan başqa ali məktəblərdə rus bölmələri qalmalıdır. Niyə? Həm də ona görə ki, Rusiyada və başqa keçmiş sovet ölkələrində milyonlarla azərbaycanlı və onların uşaqları yaşayırlar. Bir çox (xüsusən, qızı olan) valideynlər uşaqlarının azərbyacanlı gənclə ailə qurması üçün onların Azərbaycan universitetlərinin rus bölmələrinə daxil olmasına çalışırlar".
Əvəz Temirxanın sözlərinə görə, əgər universitetlərdə rus bölmələri ləğv edilsə, Rusiyada, Ukraynada, Belarusda və başqa MDB ölkələrində yaşayan gənclərimizin ali təhsil almasında, azərbaycanlılarla ailə qurmasında böyük problemlər yaranacaq və onların kökümüzdən qopması, assimilyasiyası güclənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31