Azərbaycanlı tələbələr Şotlandiyada Abderidində Xocalı aksiyası keçirib

Şotlandiyada təhsil alan azərbaycanlı gənclər Aberdin şəhərinin mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçirib. DİDK-dən “OLAYLAR”-a bildirilib ki, aksiyada azərbaycanlı tələbələrlə yanaşı, orada yaşayan digər soydaşlarımız da iştirak edib. Aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və Xocalı soyqırımını əks etdirən plakatlar tutaraq müxtəlif şüarlar səsləndiriblər.

Şotlandiyada təhsil alan azərbaycanlı gənclər Aberdin şəhərinin mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçirib. DİDK-dən "OLAYLAR"-a bildirilib ki, aksiyada azərbaycanlı tələbələrlə yanaşı, orada yaşayan digər soydaşlarımız da iştirak edib. Aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və Xocalı soyqırımını əks etdirən plakatlar tutaraq müxtəlif şüarlar səsləndiriblər.

“Meyitlərin başı kəsilmiş, bədənləri deşik-deşik edilmişdi”

Aksiya çərçivəsində yerli sakinlərə və qonaqlara Xocalı soyqırımı və erməni təcavüzü haqqında məlumatların əks olunduğu broşürlar paylanılıb. Onlara Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, müharibənin nəticələri, qaçqın və köçkün problemi, eləcə də bir gecədə məhv edilən Xocalı şəhəri və onun azərbaycanlı sakinlərinin acı taleyi haqqında dolğun məlumat veriblər.

Aksiya beynəlxalq təşkilatlara və dünya dövlətlərinə ünvanlanmış müraciətin oxunması ilə başa çatıb. Müraciətdə Xocalı soyqırmının tanınması və hüquqi qiymətin verilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün təzyiq göstərilməsi tələb edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31