Sidney sakinləri Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində məlumatlandırma aksiyası keçirilib. “OLAYLAR”-a DİDK-dən bildirilib ki, Avstraliya Azərbaycan Assosiasiyası Birliyinin sədri Mikayıl Oytanın təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində şəhərin mərkəzində Xocalı soyqırımını, erməni vəhşiliklərini əks etdirən stendlər qurulub. Stendlərdə erməni hərbi birləşmələrinin 1992-ci ilin fevralında bir gecədə Xocalı şəhər sakinlərinə qarşı həyata keçirdiyi amansız qətliam və vəhşiliklər barədə məlumatlar əksini tapıb.

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində məlumatlandırma aksiyası keçirilib. "OLAYLAR"-a DİDK-dən bildirilib ki, Avstraliya Azərbaycan Assosiasiyası Birliyinin sədri Mikayıl Oytanın təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində şəhərin mərkəzində Xocalı soyqırımını, erməni vəhşiliklərini əks etdirən stendlər qurulub. Stendlərdə erməni hərbi birləşmələrinin 1992-ci ilin fevralında bir gecədə Xocalı şəhər sakinlərinə qarşı həyata keçirdiyi amansız qətliam və vəhşiliklər barədə məlumatlar əksini tapıb.

Bundan başqa, təşkilatın üzvləri şəhərin sakinlərinə və qonaqlarına Xocalı soyqırımı qurbanlarının fotoları, sayı və digər məlumatların əks olunduğu broşürlər paylayıblar. Həmçinin, şifahi şəkildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, nəticədə bir milyon insanın qaçqın və məcburi köçkün düşməsi, Xocalıda qadınlara, yaşlılara, uşaqlara qarşı edilmiş vəhşiliklər barədə sakinlərə və qonaqlara məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31