DAK İran azərbaycanlılarına dəstək bəyanatı yaydı

DAK İdarə Heyəti İranda yaşayan xalqların, o cümlədən Azərbaycan türklərinin milli haqları uğrunda mübarizələrini dəstəkləyən bəyanat yayıb. “OLAYLAR”-a daxil olan bəyanatda deyilir ki, dünya ölkələrinə səpələnmmiş soydaşlarımız adından İranda yaşayan soydaşlarımızın Ana dili hərəkatını bəyənir və müdafiə edirik. Ana dilinin tədrisi, öyrədilməsi və qorunması uğrunda İran türklərinin apardıqları mübarizə xalqın ölüm-dirim məsələsidir; çünki xalqın öz dilində danışması və oxuması onun həyatının təbii və ən zəruri tələblərindən biridir.

DAK İdarə Heyəti İranda yaşayan xalqların, o cümlədən Azərbaycan türklərinin milli haqları uğrunda mübarizələrini dəstəkləyən bəyanat yayıb. "OLAYLAR"-a daxil olan bəyanatda deyilir ki, dünya ölkələrinə səpələnmmiş soydaşlarımız adından İranda yaşayan soydaşlarımızın Ana dili hərəkatını bəyənir və müdafiə edirik. Ana dilinin tədrisi, öyrədilməsi və qorunması uğrunda İran türklərinin apardıqları mübarizə xalqın ölüm-dirim məsələsidir; çünki xalqın öz dilində danışması və oxuması onun həyatının təbii və ən zəruri tələblərindən biridir.

Bəyanatda həmçinin qeyd edilir ki, imperialist dövlətlərin işğal və bölücülük niyyəti, iç savaşlar Yaxın və Orta Şərq ölkələrində milyonlarla insanı ağlasığmaz faciələrlə üzləşdirdiyi, ölümün qucağına atdığı, köçə zorladığı bir zamanda bölgə ölkələrinin gələcək taleyi onların arasında dinc qonşuluq münasibətinin qurulmasından, bu ölkələrdə demokratiyanın inkişafından, hüququn və insan haqlarının qorunmasından asılıdır. Dünya Azərbaycanlıları Konqresi İran rəsmilərindən bu ölkədəki soydaşlarımıza qarşı zorakı hərəkətlərə son qoymağa çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31