Türkiyə səfiri: "Biz Xocalı faciəsinə ədalət istəyirik"

Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin nümayəndə heyəti “Ana harayı” abidəsini ziyarət edib.  Xocalı soyqrımının 26-cı ildönümü ilə bağlı səfir Erkan Özoral Azərbaycan xalqına başsağlığı verib: “Bu gün Azərbaycan tarixinin ən ağır günlərindən biri olan Xocalı soyqrımından 26 il il ötür.

Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin nümayəndə heyəti "Ana harayı" abidəsini ziyarət edib.  Xocalı soyqrımının 26-cı ildönümü ilə bağlı səfir Erkan Özoral Azərbaycan xalqına başsağlığı verib: "Bu gün Azərbaycan tarixinin ən ağır günlərindən biri olan Xocalı soyqrımından 26 il il ötür. Biz Xocalı faciəsinə ədalət istəyirik. Bu gün həmin dəhşətli hadisəni törədənlər qəhrəman kimi təqdim olunur. Türkiyə ümid edir ki, bu faciəni törədən hər kəs tez zamanda layiqli cəzasını alacaq və beynəlxalq ictimaiyyət bu hadisəyə biganə qalmayacaq. Soyqrımı qurbanlarına Allahdan rəhmət, ailələrinə isə səbr diləyirəm". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31