"Türkiyəyə sığınmış 350 min Afrin sakini öz torpaqlarına qayıdacaq"

Suriyanın Afrin bölgəsi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləndikdən sonra 350 min afrinli öz torpaqlarına qayıdacaq. Bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım Murat Rəis sualtı qayığının quraşdırılmasına start verilməsi ilə bağlı keçirilən təntənəli tədbirdə bildirib.

B. Yıldırım deyib ki, PYD/YPG terrorçularının zülmü nəticəsində 350 min Afrin sakini illərdir ki, Türkiyəyə sığınıb: "Türkiyə yalnız öz torpaqlarını, sərhədlərinin təhlükəsizliyini qorumur, bölgədə qeyri-sabitliyin aradan qaldırılmasına ciddi töhfə verir".

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə bu il yanvarın 20-də Afrin bölgəsinin PYD/YPG terrorçularından təmizlənməsi üçün "Zeytun budağı" əməliyyatına başlayıb.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31