Məşhur Türk filmi Bakıda
Nizami Kino Mərkəzində martın 2-də Türkiyənin məşhur “Babam və oğlum” filmi nümayiş olunacaq. Rejissoru və ssenari müəllifi Çağan İrmak olan ekran əsərində Çetin Tekindor, Hümeyra Akbay, Fikret Kuşkan, Özge Özberk və digər tanınmış aktyorlar çəkilib.
26 Fevral 2018 08:59 Teatr və kinoNizami Kino Mərkəzində martın 2-də Türkiyənin məşhur "Babam və oğlum" filmi nümayiş olunacaq.
Rejissoru və ssenari müəllifi Çağan İrmak olan ekran əsərində Çetin Tekindor, Hümeyra Akbay, Fikret Kuşkan, Özge Özberk və digər tanınmış aktyorlar çəkilib.
Filmdə Türkiyədə anasını itirən Dəniz yeddi il sonra atası ilə birlikdə babasını görməyə gedir. Onun illərdir babasını görməməyinin səbəbi atası ilə babasının bir-birinə küsülü olmasıdır. Dənizin babası Hüseyn Əfəndi oxumaq üçün göndərdiyi oğlunun siyasi hadisələrə qarışdığını eşidəndə onu oğulluqdan çıxarır. Uzun müddət atası ilə küsülü olan Sadıq ata evinə oğlunu atasına əmanət etmək üçün qayıdır.